“Norway Chess”: Şəhriyar Məmmədyarov son turda Teymur Rəcəbovla yarışacaq
Bakı, 10 iyun, AZƏRTAC
Bu gün Norveçin Stavanger şəhərində ənənəvi “Norway Chess” şahmat superturnirinin son turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin son raundunda, yəni 9-cu turda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər.
Qeyd edək ki, səkkizinci tur Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb. Belə ki, təmsilçimiz keçmiş dünya çempionu hindistanlı Vişvanatan Ananda qalib gələrək yarışın sonuna bir tur qalmış 14,5 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Şahmatçımız ondan əvvəlki turda isə niderlandlı Aniş Giri üzərində qələbə qazanmışdı.
Komandamızın digər üzvü Teymur Rəcəbov isə, səkkiz turdan sonra doqquzuncu pillədə qərarlaşıb. Yarış cədvəlinə isə 15 xalla meydan sahibi və hazırkı dünya çempionu Maqnus Karlsen başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]