Novak Cokoviçə həsr olunmuş muzey inşa ediləcək
Bakı, 7 avqust, AZƏRTAC
Dünyaşöhrətli serbiyalı tennisçi Novak Cokoviçə həsr olunmuş muzey inşa ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib. O, 37 yaşlı idmançının ölkə üçün etdiyi xidmətlərə görə bu addımı atdıqlarını söyləyib.
Bildirilib ki, muzeyin tikintisinə yaxın zamanda başlanılacaq.
Qeyd edək ki, Novak Cokoviç “Paris-2024” Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışında qızıl medal qazanıb. O, həmçinin “Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçu ünvanına sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]