Novruz bayramının mahiyyətində xalqımızın birliyi dayanır


Bakı, 15 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya və Filologiya fakültələrinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kimya fakültəsinin dekanı Fuad Kərimli, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxış edərək Novruzun xalqımızın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığını, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında özünəməxsus yeri olduğunu bildiriblər.
Bildirilib ki, hazırda Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli, Qubadlıda qalanan bayram tonqalları xalqımızın arzularının çin olduğunun ifadəsidir. Novruz bayramının mahiyyətində xalqımızın birliyi, həmrəyliyi dayanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda aparılan sürətli tikinti-quruculuq işləri hər kəsdə qürur hissi yaradır.
Sonra tələbələr tərəfindən bədii proqram təqdim olunub.