NOVRUZ ŞƏNLİKLƏRİ UŞAQLARDA XOŞ OVQAT YARATMIŞDIR
Şənliklərdə baharın gəlişini tərənnüm edən musiqili-ədəbi kompozisiya, mədəniyyət mərkəzi özfəaliyyət kollektivlərinin ifasında musiqili komediyalardan parçalar, kosanın, keçəlin, Bahar qızın duzlu –məzəli söhbətləri, şən zarafatları, ritmik mahnı və rəqslər, “İrs” folklor ansanblının çıxışları uşaqlarda xoş ovqat yaratmışdır.
Şənlik iştirakçılarına Novruz sovqatı təqdim olunmuşdur.