Noyabrda qeyri-neft ixracı 302,1 milyon dollar olub
Bakı, 31 dekabr, AZƏRTAC
Noyabrda qeyri-neft sektoru üzrə ixrac 302,1 milyon dollar təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, noyabrda yeyinti məhsulları üzrə ixrac 126,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon dollara bərabər olub.