NOYABRDA YAĞINTININ SƏVİYYƏSİ NORMADAN ARTIQ OLACAQDIR
Ayın birinci ongünlüyündə yağış yağacağı, bəzi bölgələrdə isə intensiv olacağı ehtimalı var. İkinci ongünlükdə hava şəraiti sabitləşəcək, temperatur yüksələcək, ayrı-ayrı günlərdə duman olacaq, yağış yağacaqdır. İntensiv yağışlarla müşayiət ediləcək soyuq hava üçüncü ongünlük üçün səciyyəvi olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +10-12 dərəcə (gecə 8-9 dərəcə, ayın axırında 3-5, gündüz 13-16, bəzi günlərdə 18-20 dərəcə isti), yağıntının səviyyəsi normadan artıq (28-38 mm) olacaqdır.
Güclü cənub və şimal küləkləri əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +6-8 dərəcəyə çatacaq (gecə 2-4 dərəcə isti olacaq, üçüncü ongünlükdə havanın temperaturu +2-7 dərəcəyədək aşağı düşəcək,gündüz 12-15 dərəcə isti olacaq, üçüncü ongünlüyün bəzi günlərində 4-5 dərəcəyə enəcək), yağıntının səviyyəsi normadan artıq olacaq (19-28 mm).
Üçüncü ongünlüyün bəzi günlərində qar yağacağı ehtimalı var.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +4-5 dərəcə (gecə 1-4, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüz 8-10 dərəcə isti olacaq, bəzi günlərdə 15-18 dərəcəyədək qalxacaq, üçüncü ongünlükdə –2+3 dərəcə) təşkil edəcək, yağıntının səviyyəsi normadan artıq (27-34 mm) olacaqdır.
Güclü qar yağacağı gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayılda orta aylıq temperatur +8-10 dərəcə (gecə +3-6, üçüncü ongünlüyün bəzi günlərində 0-3 dərəcə, gündüz +13-15, üçüncü ongünlükdə +5-7 dərəcə), yağıntının səviyyəsi normadan artıq (15-24 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun +7-9 dərəcə (gecə +3-5, üçüncü ongünlükdə -0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq, üçüncü ongünlükdə -2 +3 dərəcəyə enəcək), yağıntının səviyyəsinin normadan artıq (29-73 mm) olacağı gözlənilir.
Ayrı-ayrı günlərdə qar yağacağı, bəzən duman olacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +10-12 dərəcə (gecə +3-8 dərəcə, gündüz +16-18, üçüncü ongünlüyün ayrı-ayrı günlərində +7-10 dərəcə), yağıntının səviyyəsi normadan artıq (25-45 mm) olacaqdır. Səhərlər duman olacağı ehtimalı var.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +10-13 dərəcə (gecə +6-9, gündüz +14-17 dərəcə olacaq, bəzi günlərdə 20 dərəcəyə çatacaq, üçüncü ongünlükdə +9-11 dərəcəyə enəcəkdir), yağıntının səviyyəsi normadan artıq (77-170 mm) olacaqdır.