Noyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və
axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış
yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-15°, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 759 millimetr civə sütunu, nisbi
rütubət 80-90 faiz təşkil edəcəkdir.
Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 12-də soyuq hava şəraiti bəzi insanlarda diskomfort hissi yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 6-10°, gündüz 13-18° isti, dağlarda 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 17-22° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 17-22°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.