Noyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-10°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 75-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, gecə və axşam dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-10°, gündüz 10-14° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda 1-3°, gündüz 3-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 7-10°, gündüz 11-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv və güclü olacağı olacağı, dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 8-10°, gündüz 11-14°, dağlarda gecə gecə 20 şaxtadan 3°-dək isti, gündüz 4-80 isti olacağı gözlənilir.