Noyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 12-15° isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-3°, gündüz 4-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6°-10°, gündüz 11-15° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3°-8°, gündüz 8°-13° isti, dağlarda gecə 3°-5° gündüz 5°-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 12-16° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 7°-12°, gündüz 12°-16°, dağlarda gecə 3°-7° isti, gündüz 7°-11° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji poqnoz
Noyabrın 20-dən 22-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.