Noyabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 0°-4°, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 6°-10°, gündüz 10° -14° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 4°-8°, gündüz 8°-13° isti, dağlarda gecə 0°-4° gündüz 3°-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8°-11°, gündüz 12°-16°, dağlarda gecə 1°-5° isti, gündüz 8°-12° isti olacağı gözlənilir.