“Nur” həndbolçuları XV turun mərkəzi oyununda minimal hesablı qələbə qazanıblar
Bakı, 25 mart, AZƏRTAC
Qadın həndbolçular arasında Azərbaycan çempionatının XV turuna iki oyunla start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, günün ilk oyununda matçın favoriti hesab olunan "Azərsu" həndbolçuları "İdman Akademiyası" təmsilçilərinə asanlıqla qalib gəliblər - 34:16.
Turun mərkəzi oyununda isə "Azəryol" və "Nur" komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş son ölkə çempionu "Nur"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 29:28.
Tura martın 27-də "Qarabağ" və "Gənclər Birliyi" kollektivlərinin qarşılaşması ilə yekun vurulacaq.
Qeyd edək ki, XVI tura martın 30-da Mingəçevirdə "Nur" - "Azərsu" görüşü ilə start veriləcək. Aprelin 1-də isə "İdman Akademiyası" - "Gənclər Birliyi", "Azəryol" - "Qarabağ" oyunları ilə başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]