Nurlana Məmmədzadə: Azərbaycan gimnastlarının Bakıda keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edəcəklərinə inanırıq
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan təmsilçilərinin Bakıda təşkil olunan idman gimnastikası üzrə dünya kuboku yarışlarında uğurla çıxış edəcəklərinə inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının bas katibi Nurlana Məmmədzadə deyib.
Baş katib bildirib ki, turnirdə ölkəmizi kişilərin yarışında 5, qadınların mübarizəsində isə 2 idmançı təmsil edir. Cari ildən idman gimnastları çıxışlarını yeni qaydalar əsasında təqdim edirlər.
“Bu il müxtəlif ölkələrdə idman gimnastikası üzrə 3 dünya kuboku yarışları təşkil olunub. Hazırda Bakıda keçirilən turnir seriyanın sonuncu yarışıdır. Dörd dünya kuboku yarışlarında yüksək xal toplayan 3 gimnasta Beynəlxalq Gimnastika Federasiyasının kuboku təqdim olunacaq”, - deyə baş katib əlavə edib
Dünya kuboku yarışlarında 34 ölkədən 145 gimnastın qüvvəsini sınadığını diqqətə çatdıran N.Məmmədzadə qeyd edib ki, dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.
Xatırladaq ki, dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]