NURSULTAN NAZARBAYEV TATARISTAN PREZİDENTİNƏ MÜKAFAT TƏQDİM ETMİŞDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Nursultan Nazarbayev Tatarıstan Prezidenti Mintimer Şaymiyevə Qazaxıstanın Dövlət mükafatını təqdim etmişdir. M.Şaymiyev demişdir: “Bu mükafatı çoxmillətli dövlətdə sülhə, əmin-amanlığa və sabitliyə nail ola bilmiş insanın əlindən almaq xoşdur”.
M.Şaymiyev Qazaxıstanın dövlət mükafatı xalqlar arasında sülhün və dostluğun, qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə töhfəsinə və Qazaxıstanla Rusiya arasında münasibətlərin inkişafına yönəldilmiş fəaliyyətinə görə təltif edilmişdir.