Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (II hissə)

Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir (II hissə)

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalıb. İki gün davam edən tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri gündəmdə olub. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqəti çəkib. ABŞ rəhbərliyi İlham Əliyevlə müzakirələrə böyük önəm veriblər. Onlar Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini vurğulayıb, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf ediblər. Bütün bunlar yekunda Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyini təsdiq edir.

Azərbaycanın mühüm rolu: Vaşinqtonun etirafları

Məhz bu yanaşmanın nəticəsidir ki, Amerikanın Prezidenti, vitse-prezidenti, dövlət katibi, habelə bir sıra konqresmenləri və ictimai xadimləri Azərbaycan lideri ilə görüşlərdə regional və qlobal təhlükəsizliyin vacib aspektlərini detallı şəkildə müzakirə ediblər. Ümumiyyətlə, rəsmi Vaşinqton İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiyini açıq bəyan edib. Vitse-prezident Co Bayden bu bağlılıqda ifadə edib: "Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət veririk və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bilirik" (bax: ABŞ Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini rəsmən bəyan etdi/"Azərbaycan" qəzeti, 2 aprel 2016).

C.Bayden ayrıca Amerikanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib, bunun da ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Vitse-prezidentin bu fikirlərinin arxasında əhəmiyyətli geosiyasi məqamlar dayanır. Birincisi, Amerika Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində son dərəcə maraqlıdır. Bu məsələni Vaşinqton xarici siyasətinin mühüm elementi sayır. İkincisi, həmin kontekstdə Azərbaycanın suverenliyinin təmin edilməsi prinsipial rol oynayır.

Məsələ ondan ibarətdir ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycanın dönmədən müstəqil xarici siyasət yeritdiyini etiraf edir. Bu siyasətin nəticəsidir ki, Bakı regional və qlobal miqyasda əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin, bütün çətinliklərə və yaradılan süni əngəllərə baxmayaraq, həyata keçirilməsində səmərəli rol oynayır. Regionun heç bir digər dövləti Azərbaycan qədər bu məsələdə qətiyyətli, inamlı və effektiv fəaliyyət göstərmir. C.Baydenin vurğuladığı suverenlik məsələsi bütün bunlara görə konkret məzmun kəsb edir.

Bu şərtlər daxilində ABŞ əməkdaşlığın daha da genişləndirilməsində, əlaqələrin yeni səviyyəyə qaldırılmasında maraqlıdır. Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu xüsusi vurğulayıb. Bundan başqa, o, təhlükəsizlik sahəsində, o cümlədən sülhyaratma əməliyyatlarında ölkələrimiz arasında mövqe birliyinin yaxşı səviyyədə olduğunu da önə çəkib. Bu bağlılıqda da Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını ayrıca diqqətə çatdırıb.

C.Baydenin ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarından bəhs etməsinin özəl mənası vardır. Çünki bu, illərdir erməni diasporu və rəsmi İrəvanın apardığı çirkli təbliğat kampaniyasının iflasa uğradığını göstərir. Məsələ bundadır ki, Ermənistan böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlığından çox qorxur. Zaman-zaman erməni ekspertlər hətta ən yaxın müttəfiq saydıqları Rusiyanı belə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməkdə suçlayır.

Ermənilərə elə gəlir ki, bütün dünya onları təcavüzdə dəstəkləməli və Azərbaycanla heç bir hərbi əlaqə yaratmamalıdır ki, onun ordusu çox zəif olsun. Təbii ki, İrəvanın bu cür gülünc istəkləri yerinə yetirilə bilməz. O cümlədən ABŞ və Rusiya kimi böyük dövlətlər də Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqdan imtina edə bilməzlər. Azərbaycanın dövlət kimi geosiyasi, hərbi, iqtisadi və mədəniyyət sahəsindəki əhəmiyyəti Ermənistandan dəfələrlə yüksəkdir. Məhz bu məqamı C.Bayden hərbi sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirməklə bir daha ifadə etmiş oldu.

Bütün bunların fonunda vitse-prezidentin Azərbaycanın "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı oynadığı rolu xüsusi vurğulamasının böyük siyasi mənası vardır. Çünki bu layihə Avropanın enerji təhlükəsizliyində çox ciddi rol oynayacaq və bütövlükdə qitənin enerji mənzərəsini dəyişəcək. Vaşinqton bu istiqamətdə Bakını tam dəstəkləməkdə davam edəcək və "bu sahədə lazımi addımlar atacaqdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşü/AZƏRTAC, 1 aprel 2016).

Azərbaycan Prezidentinin dövlət katibi Con Kerri ilə apardığı müzakirələrdə də təhlükəsizlik və əməkdaşlıq məsələləri kifayət qədər geniş müzakirə edilib. Ekspertlər vurğulayırlar ki, dövlət katibi Azərbaycanla bu məsələlərdə tam həmfikir olduğunu ifadə edən tezislər irəli sürüb. C.Kerri görüş zamanı bildirib ki, "Cənab Prezidentə...Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü/AZƏRTAC, 31 mart 2016).

C.Kerri Azərbaycan Prezidentinin terrorizmlə mübarizədə, beynəlxalq enerji layihələrinin həyata keçirilməsində, regional təhlükəsizlik sisteminin yaradılmasında göstərdiyi təşəbbüsləri nəzərdə tutduğunu ifadə edib. Konkret deyilsə, Vaşinqton Azərbaycan rəhbərinin strateji məsələlərin müxtəlif aspektləri üzrə fəaliyyətini yüksək qiymətləndirir. Bütün bunları Amerikanın "Foreign Policy News" portalı Con Kerrinin Azərbaycanın regionda strateji roluna yüksək qiymət verməsi kimi xarakterizə edib (bax: "Foreign Policy News": Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib/AZƏRTAC, 31 aprel 2016).

Burada portalın məsələnin strateji aspektinə vurğu etməsi təsadüfi deyil. Çünki dövlət katibi Prezident İlham Əliyevlə görüşü zamanı ifadə edib: "Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə "Cənub qaz dəhlizi" layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxələndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü/AZƏRTAC, 31 mart 2016).

Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun aşağıdakı fikirləri tam yerinə düşür. Novruz Məmmədov bu kontekstdə deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə səfəri sanki Azərbaycan-ABŞ arasında ikitərəfli əməkdaşlıq səfərinə çevrildi. Bu, tarixi bir səfər oldu".

Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, Vaşinqton iqtisadi-ticari, geosiyasi, terrorla mübarizə və enerji təhlükəsizliyi kimi sahələrdə Azərbaycanı özünə strateji müttəfiq hesab edir. Bizcə, çox mühüm bir nəticədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Vaşinqtonun münasibətinə də bu kontekstdə qiymət vermək doğru olardı. Amerika rəsmiləri, o cümlədən C.Kerri və C.Bayden Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiklərini bəyan ediblər. Onlar problemin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və Helsinki Yekun Aktına uyğun həllinə tərəfdar olduqlarını bəyan edib, bu istiqamətdə Azərbaycan Prezidentinin atdığı addımları dəstəklədiklərini bildiriblər.

Ermənistanın növbəti təxribatı: ABŞ-ın sammitdəki vədləri və reallıq

Dövlət başçısı İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışının bir yerində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etmişdi: "Bir daha təkrar edirəm, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib/AZƏRTAC, 2 aprel 2016).

Konkret desək, ABŞ rəhbərliyi bütün çətinliklərə baxmayaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışılmasını rəğbətlə qarşılayır. Lakin, təəssüf ki, hələlik böyük dövlətlər sözdə dedikləri bu fikirlərin reallaşması üçün tutarlı addımlar atmırlar. Son olaraq, sammit başa çatmamış Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata münasibətdə də bunu hiss edirik.

Prezident İlham Əliyev əvvəlki mövqeyinə sadiq qalaraq Təhlükəsizlik Şurasının aprelin 2-də keçirdiyi iclasında vurğulayıb: "Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik (bax.: Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası/AZƏRTAC, 3 aprel 2016). Yəni Azərbaycanın dövlət başçısı münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün bundan sonra da ciddi səylər göstərəcək. Lakin əgər Ermənistan təxribatçı hərəkətlərinə davam etsə, layiqli cavabını da alacaqdır.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan, əldə olunan razılığa rəğmən, atəşkəs rejimini intensiv surətdə pozur. Xatırladaq ki, atəşkəsin əldə edilməsi barədə Rusiya tərəfi təklif vermişdi. Belə görünür ki, Ermənistan bu çağırışa əməl etmək fikrində deyil.

Təbii ki, bu şəraitdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dərhal vəziyyətə müdaxilə etməli idilər. Onlar müəyyən dərəcədə bunu etdilər, lakin hələlik konkret addım yoxdur. Sözdə çağırışlarla nəyə isə nail olmaq imkansızdır. Özü də böyük dövlətlər və beynəlxalq təşkilatlar birbaşa təcavüzkarı yerində oturtmalıdırlar. Bunun əvəzində bəzi xarici ölkələrin kütləvi informasiya vasitələrində ermənipərəst məlumatlar yayılır, qərəzli fikirləri analitik fikirlər kimi təqdim edirlər. Bu vəziyyətə Azərbaycan rəhbərliyi münasibətini bildirib. Prezident Təhlükəsizlik Şurasının iclasında deyib: "Amma nüvə sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın. Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir" (bax: əvvəlki mənbəyə).

Deməli, məlum dairələr yenə köhnə oyunu oynayırlar. Onlar torpaqları işğal altında olan Azərbaycanı ittiham etməklə növbəti dəfə sülh prosesinə zərbə vurmağa çalışırlar. ABŞ, Avropa İttifaqı və Rusiyanın münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü vurğulamasının fonunda ikili standartlar siyasətinin əlamətlərinin görünməsi çox düşündürücüdür. Məhz bu məqamda həmsədr dövlətlər qəti şəkildə Ermənistanın atəşkəsə əməl etməsini və dərhal Azərbaycan torpaqlarından çəkilməsini tələb etməlidirlər. Çünki müharibə Azərbaycan ərazisində gedir və Ermənistana heç bir hücum olmayıb.

Təəssüf ki, böyük dövlətlərin yuxarıda vurğuladığımız kontekstdə tələblərini eşitmirik. Bu da bir sıra şübhələrə yol açır - mümkündür ki, regionda geniş miqyasda müharibə yaratmaq istəyən qüvvələrin marağı burada özünü göstərsin. Bu təxribata qarşı Azərbaycanla bərabər böyük dövlətlər də müqavimət göstərməlidirlər. Nüvə təhlükəsizliyi ilə bağlı keçirilən sammitdən sonra bu, həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, həm də bütövlükdə Qərbin ciddi sınağı kimi görünür.

Azərbaycana gəldikdə isə Prezidentin vurğuladığı kimi, "Biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün - aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır" (bax: əvvəlki mənbəyə).

Beləliklə, Azərbaycan Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı məzmununa, hədəflərinə və əhəmiyyətinə görə tarixi xarakterli olub. Bu tədbir göstərib ki, ölkə rəhbərinin yeritdiyi siyasəti dünyanın ən güclü dövlətləri qəbul edirlər. Azərbaycan əməkdaşlıq və təhlükəsizliyin təmini məsələlərində əhəmiyyətli rol oynamaqda davam edir. Azərbaycan bütün mənalarda Cənubi Qafqazın lider dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO