NYT: Brüsselin Kiyevə yeni yardımı 20 milyard avronu ötə bilər
Bakı, 24 fevral, AZƏRTAC
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə bir araya gələrək Ukraynaya ayrılacaq 20 milyard avrodan çox yardım paketini müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin dediyinə görə, Avropa liderləri, eyni zamanda, Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi və ümumilikdə hərbi xərclərin artırılmasını da nəzərdən keçirəcəklər.
Bir müddət öncə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin Kiyev üçün 20 milyard avro ayrılması təklifinin əleyhinə olduğunu elan edib.
Qeyd edək ki, Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək görüşündə Ukraynaya hərbi yardımın artırılması, Ər-Riyadda baş tutan ABŞ-Rusiya danışıqları və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]