SİYASƏT
Nyu-Yorkda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb
![](/files/galleryphoto/2022/3/1200x630/1666251568792927879_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662515681700232022_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662515682731321560_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666251568279135001_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662515682470236302_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə “Wall Street”də yerləşən və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” parkında Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə bayraqqaldırma mərasimi keçirilib. Tədbirdə Nyu-Yorkda yaşayan bir qrup həmvətənimiz iştirak edib.
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli Azərbaycan Bayrağını Dövlət Himnimizin sədaları altında səmaya ucaldıb.
Mərasim yerli əhalinin və turistlərin də diqqətini cəlb edib, həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.
Qeyd edək ki, Azərbaycan Bayrağı 10 gün müddətində Nyu-Yorkun şəhər mərkəzində ABŞ bayrağı ilə yanaşı dalğalanacaq.