İDMAN
Obameyanq Samuel Etoonun rekordunu təkrarlayıb
Bakı, 4 dekabr, AZƏRTAC
Fransanın "Marsel" klubunun futbolçusu Pyer-Emerik Obameyanq XXI əsrdə Avropanın beş fərqli klubu ilə vacib oyunlarda het-trik edən ikinci oyunçu olub.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qabonlu forvard buna Avropa Liqasının qrup mərhələsində Niderlandın "Ayaks" komandasına qarşı keçirilmiş V tur oyununda (4:3) üç qol vurmaqla nail olub.
O, bundan əvvəl formasını geyindiyi “Sent-Etyen” (Fransa), “Borussiya”(Dortmund, Almaniya), “Arsenal” (İngiltərə) və “Barselona” (İspaniya) klublarında da het-trik edib. Bununla da 34 yaşlı hücumçu kamerunlu Samuel Etoonun rekordunu təkrarlayıb.
Qeyd edək ki, bu göstərici üzrə dünya reytinqinə isə yeddi fərqli klubda het-trik edən braziliyalı hücumçu Vaşinqton başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]