Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ödəniş itlər üçün 60, pişiklər üçün 70 manatdır...” - Ev heyvanlarının gözəllik salonu

Bakı, 29 oktyabr, Nailə Həsənova, İlkin Cavanşirov, AZƏRTAC

Paytaxt Bakıda evlərində bir sıra heyvanlar, xüsusilə, it və pişik saxlayanlara çox rast gəlinir. Şübhəsiz ki, bu heyvanlara mütəmadi olaraq qulluq göstərilməsinə, o cümlədən onların təmiz saxlanmasına, eləcə də estetik baxımdan səliqəyə salınmasına ehtiyac yaranır. Təsadüfi deyil ki, hazırda Bakıda ev heyvanları üçün xüsusi gözəllik salonları fəaliyyət göstərir. Əsasən it və pişiklərə gigiyenik, estetik qulluq göstərilən bu salonların əməkdaşları onların yuyulmasını, tüklərinin və dırnaqlarının kəsilməsini, qulaqlarının və gözlərinin, bəzən isə dişlərinin təmizlənməsini həyata keçirirlər.

Ev heyvanlarında xəstəliklər ola bilər

AZƏRTAC-ın əməkdaşları Bakıda fəaliyyət göstərən həmin salonlardan birində göstərilən xidmətlərlə tanış olublar. Paytaxtın Nərimanov rayonunda yerləşən “Woof-woof grooming and spa” salonunun sahibi Flora Rəhimzadənin dediyinə görə, onda heyvanlar üçün salon yaratmaq ideyası xarici ölkələrdən birinə səfəri zamanı yaranıb. O, həmçinin bildirib ki, hazırda 1 iti və 3 pişiyi var. O, pişiklərdən 2-ni küçədən evə gətirib, 1-ni isə həyat yoldaşı tapıb. İti də ona bağışlayıblar. Heyvan sahibi olandan sonra onları müntəzəm şəkildə şəhərdəki heyvanlar üçün nəzərdə tutulan salonlara aparıb. Bir müddət sonra isə özünün və başqalarının heyvanlarına qulluq təşkil etmək məqsədilə ideyasını reallaşdırmaq qərarına gəlib.

Flora Rəhimzadənin sözlərinə görə, sahibi olduğu salonda sanitar-gigiyenik qaydalara xüsusi diqqət yetirilir: “Heyvanlarda səpkilər, iltihabı və yoluxucu xəstəliklər ola bilər və bu, çox təhlükəlidir. Ona görə də hər dəfə heyvanlara qulluq edildikdən sonra bütün avadanlıqlar dezinfeksiya olunur. Təmizlik işlərinin gigiyenik qaydalar əsasında aparılması ciddi nəzarət altındadır”.

Göstərilən xidmətlərin qiymətləri barədə danışan salon sahibi deyib: “Göstərdiyimiz xidmətlər yüksək səviyyədədir və hər şey nəzərə alınır. Ona görə də ola bilsin ki, digər salonlara baxanda xidmət haqqı bir az yüksəkdir. Salonda eyni vaxtda qulluq üçün çoxlu heyvan qəbul edilmir, onların arasında ən azı 1-2 saat fasilə verilir. Həmin müddətdə salondakı alətlər sterilizasiya olunur. Çalışırıq ki, heç bir heyvan zərər çəkməsin. Heyvan xəstələnəndə onun sahibi də əziyyət çəkir. Yeri gəlmişkən, qeyd edim ki, itlər üçün gigiyena 40, kompleks qulluq 60, pişiklər üçün gigiyena 40, kompleks qulluq 70 manatdır”.

Pişiklər təmizkardır, itlər isə fərqlidir

Salonda heyvanlara qulluq edən (groomer) Röya Təhməzova 8 ildir bu sahədə çalışdığını söyləyib. O deyib ki, son 6 ayda “Woof-woof grooming and spa” salonunda fəaliyyət göstərib. Əsasən itlərə qulluq edən həmsöhbətimiz evində 6 it saxladığını deyib: “Qoca itim var idi, onun tüklərini kəsmək lazım gəlirdi. Bu işi öyrənmək üçün salonda usta köməkçisi kimi işə başladım. Getdikcə saç düzümlərini, digər qulluq qaydalarını öyrəndim, peşənin incəliklərinə yiyələndim. Doğrudur, son illər səhhətimlə əlaqədar olaraq böyük pişikləri qəbul etmirəm. Ancaq pişik balalarına qulluq edirəm”.

İtlərin qulluğa daha çox ehtiyaclarının olduğunu deyən Röya Təhməzova bunu pişiklərin xarakteri ilə əlaqələndirib: “Pişiklər təmizliyi sevirlər. Onlar özlərini yalayaraq müəyyən təmizlik işi aparırlar. İtlər isə fərqlidir. Bakıda daha çox uzun tüklü itlərə üstünlük verilir, hətta onlara oyuncaq kimi baxırlar. İtlərin tüklərini bir həftə daramayanda dolaşır. Bu zaman itlərin dərisi qırışır və onların tüklərini darayanda ağrı verir. Axı, it də canlıdır, onu incitmək olmaz. Ona görə bunu mütləq nəzərə almaq lazımdır”.

Ən çox qulluq tələb edən itlərdən danışan Röya Təhməzova deyib ki, Şpits, Pudel, Maltsipoo kimi cinslər dəbdə olduğundan onları salona daha çox gətirirlər: “Onların tükləri gündə 1 dəfə daranmalı, 15 gündən bir qulluğa aparılmalıdır. Həmin növ itlərin tükləri tez uzandığına görə vaxtaşırı gigiyena tələb olunur. Saçlarının çox uzanmaması üçün ayda bir dəfə tükləri qısaldılmalıdır”.

Heyvanlara fərdi yanaşılmalıdır

Röya Təhməzova hər bir heyvana fərdi yanaşmağın lazım gəldiyini söyləyib: “İtlər aqressivləşəndə, psixoloji problemləri olanda onları qəbul etmirik. Ola bilsin ki, nə vaxtsa qulluğa gələn itin xoşuna gəlməyən məqamlar olub, bu zaman onun aldığı psixoloji travma qalır. Belə olanda itin psixoloji cəhətdən sakitləşməsini gözləmək lazımdır. Bildirim ki, hər il ustalar üçün ustad dərsləri təşkil edilir. Bundan başqa, xarici ölkələrdə təşkil edilən psixoloji kurslara gedirik və belə məqamlarda heyvanla “dil tapmağın” yollarını daha mükəmməl öyrənirik”.

O, ev heyvanlarına qulluq zamanı bütün prosedurların şəffaf şüşə arxasında və sahiblərinin qarşısında, müşahidə kameraları altında aparıldığını bildirib. İt və pişiklərə qulluğun fərqindən bəhs edən həmsöhbətimizin sözlərinə görə, pişiklər üçün ideal sakitlik olmalıdır: “Onlar fenin ən zəif səsini də sevmirlər. Həm də psixoloji olaraq özlərini təhlükəsiz hiss etməlidirlər, əks halda aqressivləşirlər. Pişiklərin tüklərini qırxmaq olmaz, onların tükləri daranmalıdır. Bəzən bunu anlamayanlar olur. İtlərə qulluğa onların çimizdirilməsi, dırnaqlarının kəsilməsi, qulaqlarının təmizlənməsi daxildir. Dırnaq kəsimi mütləqdir. Heyvanın dırnaqları uzandıqca pəncəyə daxil olaraq onu yaralaya bilər”.

Qeyd edək ki, mütəxəssislərin bildirdiklərinə görə, bəzi zoonoz xəstəliklər var ki, bunlar insanlardan heyvanlara və heyvanlardan insanlara keçə bilər. Ona görə də evlərində heyvan saxlayanlar onlara xüsusi diqqət yetirməli, gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO