ODESSA-BRODI-PLOTSK-QDANSK NEFT KƏMƏRİ LAYİHƏSİNİN TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMASI HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Varşavada Ukrayna Prezidenti Viktor Yuşşenkonun və Polşa Prezidenti Lex Kaçinskinin iştirakı ilə “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi ilə (BBKM) Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasının yerinə yetirilməsi üçün elan edilmiş müsabiqədə qalib gəlmiş Granherne firması arasında saziş imzalanmışdır.
Dövlət başçıları mətbuat üçün açıqlamalarında Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinə dair sazişin imzalanmasını müsbət qiymətləndirmişlər. Ukrayna Prezidenti V.Yuşşenko demişdir: “Son 12 ayda bu layihə siyasi mənadan əlavə həm də, praktiki əhəmiyyət kəsb etmişdir”. O ümidvar olduğunu bildirmişdir ki, texniki-iqtisasi əsaslandırmanın ilkin nəticələri may ayında Kiyevdə keçiriləcək Energetika sammitinədək hazır olacaqdır. Bu iş həm də Azərbaycandan və Polşadan olan tərəfdaşlarla birlikdə Ukraynada neft emalı zavodlarının inkişaf etdirilməsinin mümkünlüyü baxımından əhəmiyyətlidir.
Birinci Energetika sammitinin Krakovda keçirildiyini xatırladan Polşa Prezidenti L.Kaçinski layihənin reallaşdırılmasının bundan sonra daha da sürətlənəcəyinə əmin olduğunu bildirərək demişdir: “Bu, Vilnüsdə möhkəmləndirilmiş bir nailiyyət idi və mən əminəm ki, bu sahədə əməkdaşlıq Kiyevdə daha da dərinləşdiriləcəkdir. İqtisadi və siyasi məsələlərdə cəsarətli planlar uğurun rəhnidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]