“Odlar Yurdu” Avropa klubları kubokunun mükafatları uğrunda mübarizə aparacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan idmançıları Antalyada keçiriləcək şahmat üzrə Avropa komanda çempionatında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, kişi və qadın komandaları arasında Avropa çempionatı oktyabrın 7-dən 15-dək keçiriləcək. Qaliblər və mükafatçılar İsveçrə sistemi üzrə keçirilən yeddi turun nəticələrinə görə müəyyən olunacaq.
Avropa klub kubokunda açıq seksiyada kişilərin qrupunda 36 komanda, qadınların qrupunda 12 komanda yarışacaq. Azərbaycanı kişilərin və qadınların turnirində “Odlar Yurdu” komandası təmsil edəcək.
Kişilərdən ibarət komandanın tərkibinə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Azər Mirzəyev daxildir. Qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Aydan Höcətova, Xanım Balacayeva və Zeynəb Məmmədyarova yer alır.
Qaydalara əsasən, ilk 40 gediş üçün 90 dəqiqə, sonrakı birinci gedişdən başlayaraq partiyanın sonunadək hər gedişə 30 saniyə əlavə olunmaqla 30 dəqiqə vaxt ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]