OĞURLANMIŞ VƏ QAÇIRILMIŞ 113 AVTOMAŞIN SAHİBLƏRİNƏ QAYTARILMIŞDIR
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov AZƏRTAC-a bildirmişdir ki, bu ilin 9 ayı ərzində respublikanın şəhər və rayonlarından (paytaxt istisna olmaqla) baş idarəyə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 138 məlumat daxil olmuşdur. Maşınlardan 113-ü tapılaraq sahiblərinə qaytarılmışdır.