Oğurluqda şübhəli bilinən Şərur rayon sakini yaxalanıb
Bakı, 26 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunan Ş.Mahmudov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriliblər ki, axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış keçirilib. Oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilən “İJ-K” markalı ov tüfəngi götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]