Oğuzda polis əməkdaşları şəhid ailələrini və aztəminatlı vətəndaşları ziyarət ediblər
Oğuz, 31 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrinin üzvlərini və aztəminatlı vətəndaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.