Oktyabr ayında Antalyanı rekord sayda turist ziyarət edib
İstanbul, 7 noyabr, Günel Karatepe, AZƏRTAC
Dünyanın ən çox ziyarət edilən bölgələrindən olan Türkiyənin Antalya vilayətinə bu ilin oktyabr ayında rekord sayda xarici turist səfər edib. Antalyaya gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artımla 2 milyon 216 min 554 nəfərə çatıb ki, bu rəqəm bütün zamanların ən yüksək oktyabr ayı göstəricisi kimi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mühmet Nuri Ersoy açıqlayıb.
Nazir bildirib ki, oktyabr ayında Antalyaya ən çox ziyarətçi Almaniyadan gəlib.
“Bundan əlavə, 2025-ci ilin ilk 10 ayında xarici turist sayı 16 milyon 308 min nəfəri aşaraq Antalya Aralıq dənizinin turizm paytaxtı statusunu daha da möhkəmləndirdi. Digər bir xoş xəbər isə Antalya hava limanından gəlib. Oktyabrın 4-də aeroportun beynəlxalq terminallardan 93 min 403 xarici turistin girişi qeydə alınıb. Bu, indiyədək oktyabr ayı üzrə qeydə alınmış ən yüksək günlük ziyarətçi sayıdır”,- deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]