OKTYABRDA HAVANIN TEMPERATURU NORMAYA YAXIN OLACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 17-19 dərəcəyə çatacaq (gecə 14-17, gündüz 22-24), yağıntının səviyyəsi normadan aşağı (17-23 mm) olacaqdır. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 15-17 dərəcə olacağı gözlənilir (gecə 8-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq, bəzi günlərdə 27-29 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (19-32 mm) olacaqdır.
Yuxarı Qarabağda, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 9-11 dərəcə (gecə 6-9 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 23 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (34-48 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 16-17 dərəcə isti (gecə 8-13 dərəcə, gündüz 19-23 dərəcə, ayrı-ayrı günlərdə 24-26 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (30-61 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 14-16 dərəcə isti (gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 23-25 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normadan artıq (37-101 mm) olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 17-19 dərəcə isti (gecə 11-14 dərəcə, gündüz 22-26 dərəcə, bəzi günlərdə 28 dərəcəyədək isti), yağıntının səviyyəsi normadan artıq (31-46 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 16-17 dərəcə isti (gecə 12-14 dərəcə, gündüz 19-24 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (96-274 mm) olacaqdır.