Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölərkən beynimizdə nə baş verir?

Ölərkən beynimizdə nə baş verir?

Bakı, 12 iyul, AZƏRTAC

Ölərkən beynimizdə nə baş verir?

AZƏRTAC BBC-yə istinadla mövzu ilə bağlı nevroloq Jimo Borjiginin araşdırmasını təqdim edir.

Nevroloq Jimo Borjigin bildirir ki, ölüm həyatın vacib bir hissəsi olsa da, ölüm zamanı beyində baş verənlər haqqında demək olar heç nə bilinmir. O izah edir ki, təxminən 10 il əvvəl siçanların beyinlərində neyrokimyəvi ifrazatlar üzərində təcrübə apararkən, iki siçan ölüb və beləliklə, təsadüfən onların beyinlərinin ölüm prosesini müşahidə edə bilib: “Siçanlardan biri həddindən artıq miqdarda serotonin ifraz edib. O, hallüsinasiyalar görür və serotoninin bunlarla əlaqəli olduğunu göstərir. Hallüsinasiyalar - reallıqda mövcud olmayan şeyləri görmə, eşitmə, qoxlama, dadma və ya hiss etmə kimi sensor təcrübələrdir. Bu vəziyyət psixi xəstəliklər, nevroloji pozğunluqlar, narkotik istifadəsi, yuxu pozğunluqları və ya həddindən artıq stres kimi müxtəlif səbəblərdən yaran bilər. Hallüsinasiyalar insanın həqiqəti anlama qabiliyyətini ciddi şəkildə poza və müalicə tələb edə bilər.

Miçiqan Universitetində molekulyar və inteqrativ fiziologiya və nevrologiya kafedrasının dosenti olan J.Borjigin ölüm anında beyində baş verənləri öyrənir və onun tapıntılarının düşündüyümüzdən fərqli olduğunu bildirir. Əhvali-ruhiyyəni tənzimləyən hormon ifrazı olan serotoninin bu qədər yüksək səviyyədə olduğunu görmək nevroloqun marağına səbəb olur: “Mən müxtəlif kitablardan, internet resurslarından mövzunu araşdırmağa başladım. Ölüm prosesi haqqında nə qədər az bildiyimizi öyrənəndə isə təəccübləndim”.

Ölümün tərifi

J.Borjigin qeyd edir ki, elm aləmində ürəyi dayanan insanın öldüyü güman edilir, lakin bu prosesdə diqqət beyinə deyil, ürəyə verilir: “Elmi anlayışa görə, insandan reaksiya olmadığı üçün beyin işləmir, danışa bilmir, dayana bilmir, otura bilmir. Beynin işləməsi üçün çoxlu oksigen lazımdır. Ürək qanı vurmazsa, oksigen beyinə çata bilməz. Beləliklə, bütün səthi göstəricilər beynin artıq işləmədiyini və ya ən azı hiperaktiv deyil, hipoaktiv olduğunu göstərir”.

Beyin “hipersürətdə”

J.Borjigin 2013-cü ildə siçanlar üzərində apardığı araşdırmada, heyvanların ürəyi dayandıqdan sonra müxtəlif neyrotransmitterlərdə intensiv fəaliyyətin müşahidə olunduğunu izah edir: “Serotonin 60 dəfə, dopamin adlı kimyəvi maddə isə 40-60 dəfə artdı. Sizi çox ayıq hiss etdirən norepinefrin isə təxminən 100 dəfə artdı. Heyvanlar sağ olanda belə yüksək səviyyələri görmək mümkün deyil. Bundan başqa, 2015-ci ildə alimlər ölmək üzrə olan siçanların beyinləri ilə bağlı başqa bir araşdırma da aparıblar. Hər iki halda beynin həddindən artıq aktiv, hiperaktiv vəziyyətdə olduğunu araşdırma nəticələri məlum edib”.

Qamma dalğaları

2023-cü ildə J.Borjiginin komandası həyat dəstəyinə və beyin fəaliyyətini ölçən cihazlara qoşulan dörd ölməkdə olan insan üzərində araşdırma aparıb. Yaxınlarının qərarı ilə bu insanları həyatda saxlayan süni tənəffüs aparatları söndürülüb. Tədqiqatçılar müəyyən ediblər ki, cihazlar söndürüldükdən sonra xəstələrdən ikisinin beyinlərində yüksək aktivlik var. Bu idrak funksiyasının göstəricisidir. Xəstələrin beyinlərində ən sürətli beyin dalğaları olan qamma dalğaları da aşkar edilib. Qamma dalğaları mürəkkəb məlumat emalı və yaddaşla əlaqələndirilir. Xəstələrdən birində beynin hər iki tərəfindəki temporal paylarda yüksək aktivlik müşahidə olunub. J.Borjigin sağ tərəfdəki temporal payın empatiya ilə əlaqəli olduğunu vurğulayır.

Yaxın ölüm təcrübələri

Ölümə yaxın təcrübələri olan bəzi insanlar, həyatlarının gözlərinin önündə canlandığını və ya vacib anları xatırladıqlarını söyləyirlər. Bir çoxları gur bir işıq gördüklərini deyir, digərləri isə bədəndən kənar təcrübələr yaşadıqlarını bölüşürlər. J.Borjiginin araşdırmalarında müşahidə edilən hiperaktiv beyin bəzi insanların belə sıx ölümə yaxın təcrübələrə sahib olduğunu izah edə bilərmi? Bəli, izah edə bilər.

J.Borjigin bildirir ki, infarktdan sağ çıxanların ən azı 20-25 faizi ağ işıq gördüklərini, görmə qabığının aktiv olduğunu göstərən bir şey gördüklərini ifadə edirlər. Tədqiqatçılar qeyd edirlər ki, ventilyatorları söndürüldükdən sonra beyin fəaliyyətinin artdığını göstərən iki xəstənin görmə qabığı (şüurlu görmə imkanı verir) intensiv fəaliyyət göstərib, bu da belə vizual təcrübələrlə əlaqəli ola bilər.

Yeni bir anlayış

J.Borjigin etiraf edir ki, onun insanlar üzərində apardığı araşdırmalar məhduddur və ölüm zamanı beyində baş verənlərlə bağlı daha çox araşdırmaya ehtiyac var. Lakin bu sahədə 10 ildən çox araşdırma aparan xanım nevroloq hesab edir ki, ürəyin dayanması zamanı beynin hiperaktiv olduğunu söyləmək mümkündür. Bəs oksigen ala bilmədiyini anlayanda beyində nə baş verir? “Bizim başa düşməyə çalışdığımız budur. Elmi ədəbiyyatda bu haqda çox az məlumat var. Həqiqətən, heç nə məlum deyil”.

J.Borjigin qış yuxusundan bəhs edir, insan və siçanlar da daxil olmaqla bəzi heyvanların oksigen çatışmazlığı ilə mübarizə aparmaq üçün daxili mexanizmə malik olduğuna diqqəti yönəldir: “İndiyə qədər beynin ürək dayanmasının günahsız bir tamaşaçısı olduğu düşünülürdü, ürək dayandıqda isə beyin öldü”. Lakin J.Borjigin israr edir ki, bunun belə olub-olmadığını dəqiq bilmirik: “Qış yuxusu beynin əslində bu çətin vəziyyətdən və ya oksigen çatışmazlığından qurtulmaq üçün bir mexanizmə sahib olduğunu göstərən çox gözəl nümunələrdən biridir. Ancaq bunun araşdırılması lazımdır”.

Kəşf ediləcək çox şey var

J.Borjigin, özünün və komandasının işinin nəticələrinin nəhəng bir aysberqin görünən hissəsi olduğunu və kəşf ediləcək daha çox şeyin olduğunu düşünür: “İndi sual budur: Ölən beyin niyə daha aktiv olur?”. O davam edir: “Anlamaq, öyrənmək, araşdırmaq və öyrənmək üçün bir araya gəlməliyik, çünki ölüm mexanizmini başa düşmədiyimiz üçün milyonlarla insana vaxtından əvvəl ölüm diaqnozu qoyuruq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır

“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

Qazaxıstan beynəlxalq yükdaşımalarında elektron qaimələrə dair protokolu ratifikasiya edib

Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar