Azərbaycan Dövlət İnformasiya Agentliyi

Olimpizm universal ictimai konsepsiyadır

Bakı, 26 iyul (AZƏRTAC). Baron Pyer de Kuberten Olimpiya Oyunlarını bərpa etmək ideyası üzərində düşünərkən, idmanın daha sürətlə inkişaf edərək ümumi mədəniyyətin vacib hissəsinə çevriləcəyinə, bədən tərbiyəsi və idmanın dəyərli ünsiyyət vasitəsi olduğuna, idmanın müxtəlif mədəniyyətlərə sirayət edə bilmək və onları birləşdirmək iqtidarına malik olduğuna, şübhəsiz, böyük inamı vardı.

Kuberten bir pedaqoq olaraq apardığı araşdırmalar və həyat təcrübəsinə əsasən idmanın tərbiyəvi xüsusiyyətlərini lazımınca dəyərləndirə bilmişdir və odur ki, Olimpizmi bədənin, təfəkkürün və ruhun harmoniyasından pərvazlanan bir həyat fəlsəfəsi kimi formalaşdıraraq təqdim etmişdir. Müasir dövrdə cəmiyyətdə durmadan təbliğ edilən Demokratiyanın ən ümdə prinsipləri - bərabərlik və insan şəxsiyyətinə hörmət, təqribən yüz iyirmi il bundan öncə Müasir Olimpiya Hərəkatının əsasını təşkil etmişdir.

Olimpizm haqqında düşünərkən, onun dünyada bəlkə də ən çox tanınan, universal, etnik mənsubiyyətindən, cinsindən, sosial sinfindən, irqindən, dinindən və dünyagörüşündən asılı olmayaraq, hər bir insana aidiyyəti olan bir fəlsəfi istiqamət olduğunu dərk edirsən. Olimpizm öz inkişaf yolunda hər bir mədəniyyətə, istənilən coğrafi əraziyə münasib olması üçün öz prinsiplərini və dəyərlərini təkmilləşdirmiş, insanın həyati dəyərlərini əsas hədəf seçmişdir.

Olimpizm və Demokratiya arasındakı əlaqə və Olimpiya dəyərlərinin demokratik dəyərlərin möhkəmlənməsinə təsiri məsələləri beynəlxalq institutların diqqət mərkəzindədir və cəmiyyətdə hər kəsin müyəssər ola biləcək, effektli bir vasitə kimi geniş şəkildə istifadə edilir. Olimpizmin iştirakçısı olmaq yalnız bir idmançı kimi Olimpiya oyunlarında çıxış edənlərlə məhdudlaşmır. Olimpiyaçı olmaq - olimpiya ruhuna qoşulmaq, onun fəlsəfəsini dərk etmək, riayət etmək və təbliğində iştirak etməkdir. Bunun üçün isə xüsusi təhsil və ya peşə sahibi olmaq tələb olunmur. Pedaqoq, jurnalist, idman mütəxəssisi, inzibatçı, rəssam, musiqiçi, fəhlə, tələbə və digər fəaliyyət sahiblərinin olimpiya hərəkatında fəal iştirak etmək, ətrafdakıları bu fəlsəfənin prinsiplərinə riayət etməyə cəlb etmək, nəzəriyyədən təcrübəyə keçmək üçün yaradıcı, geniş düşünmək və cəlb olunanların fəaliyyətdən zövq alması üçün təşəbbüskarlıq göstərmək və beləcə, Olimpizmin dəstəkçisinə çevrilmək imkanı vardır.

Olimpiya hərəkatının və onun dəyərlərinin cəmiyyətdə səmərəli təbliğ edilməsi üçün, ilk növbədə, Olimpiya fəlsəfəsini özündə əks etdirən, Olimpiya Hərəkatının hüquqi bazası olan Olimpiya Xartiyası ilə tanış olmaq, Olimpiya təhsilinin cəmiyyətdə vüsət almasına hər vasitə ilə nail olmaq lazımdır. Olimpiya hərəkatının rəmzləri: Olimpiya devizi, halqaları, himni, məşəli, Olimpiyaçı idmançıların, məşqçilərin, rəsmilərin andı və Olimpiya bayrağı haqqında məlumatları öyrənmək və onu cəmiyyətin digər üzvlərinə çatdırmaqla insanların bu unikal və universal həyat fəlsəfəsini dərk etməsinə nail olmaq mümkündür.

Müasir Olimpiya Oyunlarının simvolları özündə Olimpiya ruhunu birləşdirir

Olimpiya devizi üç latın sözündən “Citius, Altius, Fortius” ibarət olub ”Daha Sürətlə, Daha Yüksəyə, Daha Güclü” kimi tərcümə edilir. Bu şüar yalnız fiziki cəhətdən deyil, eyni zamanda, ruhun və təfəkkürün inkişafına çağırışdır.

“Olimpiadada əsas qələbə deyil, iştirakdır” ifadəsi də qeyri-rəsmi Olimpiya devizinə çevrilib. Bu ifadə 1908-ci ildə London Olimpiadasında deyilmişdi. Kral ailəsi tərəfindən mükafatlandırma mərasimində Marafon yarışının finişində istəmədən kənar yardım aldığına görə nəticəsi ləğv edilmiş İtaliya idmançısına (Pietri Dorando) idmanda əldə etdiyi yüksək nəticələrə görə qızıl kubok təqdim edilir. Həmin gün Pensilvaniya yepiskopu kilsədə “Olimpiadada əsas qələbə deyil, iştirakdır” söyləyərək, var qüvvəsi ilə səy göstərib, lakin qələbə əldə etməyən idmançı ilə birgə həyəcan keçirməyin özü də Olimpiya iştirakçısı olmaq kimi məna kəsb etdiyini bildirir. Bu isə Olimpizmin hüdudlarının genişliyinə, dünyanın hər bir yerindən olan insanların hər hansı bir şəkildə (istər azarkeşlik, istər başqa növ dəstəklə) Olimpiya ruhu və dəyərləri altında birləşə bilmələrinə dəlalət edir.

Olimpiya dəyərləri müxtəsər olaraq “Mükəmməllik, Hörmət və Dostluq” kəlmələri ilə ifadə olunur. Mükəmməllik - qarşıya qoyulmuş məqsədə nail olmaq üçün səy göstərmək, qadağa və fırıldaqçı əməllərdən kənar olmaqla nailiyyət əldə etmək deməkdir. Burada məqsəd ilk öncə deyil, öz bacarıqlarını real dəyərləndirdikdən sonra müəyyən oluna bilər. Hörmət - başqalarına və həmçinin öz şəxsiyyətinə göstərilən münasibətdir. Bu ifadədə qaydalara riayət etmək və ədalətlə mübarizə aparmaq, insan sağlamlığının və ətraf mühitin qayğısına qalmaq, heç bir ayrı-seçkilik göstərmədən hər bir insan şəxsiyyətinə hörmət və tolerantlıq nümayiş etdirmək nəzərdə tutulur. Dostluq - insanların, idmançıların daimi fəaliyyətidir. Yarış və məşq zamanı, eləcə də gündəlik həyatda insanlar bir-biri ilə görüşür, salamlaşır, müxtəliflikləri (fiziki, mədəni, dini, irqi və s.) qəbul edir və anlaşır. Bu üç ifadə ayrılmazdır və onları idman fəaliyyətində və idmandankənar həyatda birgə istifadə etdikdə əsl harmoniya yaranır.

Müasir Olimpiya Oyunlarının simvolu olan Olimpiya halqaları beş qitənin və bütün dünya insanlarının, o cümlədən idmançıların, birliyini əks etdirir. Ağ rəngli Olimpiya bayrağı fonunda trapesiya formasında bir-birinə keçirilmiş halqalar mavi, qara, qırmızı, sarı və yaşıl rəngdədir. Halqaların rənglərindən heç olmasa biri bütün dünya dövlətlərinin milli bayraqlarında öz əksini tapır. Bu simvol Pyer de Kuberten tərəfindən 1914-cü ildə Olimpiya Konqresində təklif edilmiş və ilk dəfə 1920-ci ildə Antverpen Olimpiya Oyunlarında stadionda dalğalanmışdır.

Olimpiya məşəli Qədim və Müasir Olimpiya Oyunları arasında əlaqəni göstərsə də, bilavasitə Müasir Oyunların kəşfidir. Qədim Olimpiadalarda məşəlin yandırılması bilavasitə Oyunlarının keçirilməsi ilə əlaqədar deyildi. Oyunların keçirildiyi ərazidə, Zevsin və Heranın iqamətgahları yerləşirdi və burada məşəllər daim yandırılırdı. Müasir dövrdə Oyunların keçirilməsindən bir neçə ay öncə məşəl Qədim Olimpiya Oyunlarının vətəni olan Olimpiya şəhərində Heranın məbədinin qalıqları arasında yandırılaraq, Oyunlara ev sahibliyi edəcək şəhərə aparılır. Məşəl təyinat yerindən asılı olaraq, dəniz və okeanlar, səhra və dağlar, şəhər və kəndlərdən keçərək müxtəlif nəqliyyat vasitələri ilə çoxsaylı insanların əlindən ötürülərək Oyunların Açılış Mərasimində Olimpiya stadionunda alovlandırılır. Müxtəlif ərazilərdən keçən Olimpiya məşəli insanlara Olimpiya ruhu, sülh və dostluq hissləri bəxş edir.

Pyer de Kuberten tərəfindən tərtib olunmuş Olimpiya andı (sonralar qismən dəyişdirilib) Oyunlara ev sahibliyi edən ölkənin idmançısı, məşqçisi və rəsmisi (və ya hakimi) tərəfindən bütün iştirakçılar adından oxunulur. Andı oxuyan nümayəndə Olimpiya bayrağının ucundan tutur. İdmançılar tərəfindən Olimpiya andı ilk dəfə 1920-ci ildə (Antverpen), rəsmilər tərəfindən 1972-ci ildə (Münhen), məşqçilər tərəfindən isə 2012-ci ildə (London) səslənmişdir. Olimpizmin yüksək mənəvi dəyərlər üzərində qurulduğu Olimpiya andının mətnindən də bəlli olur.

İdmançıların Olimpiya andı

Bütün idmançılar adından vəd edirəm ki, bu Olimpiya Oyunlarında bizim komandaların şərəfi və idmanın eşqinə, tələb olunan qaydalara hörmət və riayət edərək, dopinq və narkotik vasitələrə aludə olmadan, əsl idman rəqabəti ruhunda iştirak edəcəyik.

Rəsmilərin Olimpiya andı

Bütün hakimlərin adından vəd edirəm ki, biz bu Olimpiya Oyunlarında, idmanın eşqinə, tələb olunan qaydalara hörmət və riayət edərək, heç bir qərəzsiz, əsl idman rəqabəti ruhunda xidmət edəcəyik.

Məşqçilərin Olimpiya andı

Bütün məşqçilər və idmançıları müşayiət edən digər nümayəndələrin adından Olimpizmin fundamental prinsiplərinin dəstəklənməsi naminə əsl idman rəqabəti və ədalətli oyun ruhuna sadiq qalacağımızı vəd edirəm.

Olimpiya Hərəkatının daha bir simvolu onun əzəmətli himnidir. 1896-cı ildə yazılmış və BOK tərəfindən təsdiq edilmiş (1958-ci ildə) Olimpiya Himninin musiqisi yunan bəstəkarı Spiros Samarasa sözləri isə yunan şairi Konstantinos Palamasa məxsusdur. Şair Olimpiya məşəlini ümid məşəli adlandırır və bu ümidi yalnız idman qələbəsi ilə deyil, qədim ənənələri olan Oyunların məşəli altında bütün dünya xalqlarını birləşdirmək, ilhamlandırmaq, ünsiyyət yaratmaq və qardaşlaşdırmaq ümidi ilə bağlayır. Himnin mətnində nəcibliklə, ədalətlə əldə edilən qələbənin şərəfli olduğu və həqiqi şöhrət gətirdiyi, şücaət meydanı olan Olimpiya Oyunlarının həmçinin harmoniya, gözəllik, əzəmət və sevginin təcəssümü olduğu vəsf edilir.

Qədim Olimpiya Oyunlarının irsi

Müasir Olimpiya Oyunları ilə onun sələfi olan Qədim Olimpiya Oyunları arasında böyük fərqlər olsa da, əsas fəlsəfi fikir - idman vasitəsilə dövlətlər, xalqlar arasında körpü yaratmaq, idmanın yalnız fiziki inkişaf vasitəsi deyil, təfəkkürün, ruhun inkişafına da təsir edən amil kimi tərənnüm edilməsi hər iki dövrdə Olimpiya Oyunlarının əsas prinsiplərindən olmuşdur.

Zevsin şərəfinə təşkil edilən Qədim Olimpiya Oyunları haqqında yazılı mənbələrdə ilk məlumat eramızdan əvvəl 776-cı ilə təsadüf edir və bundan öncə Oyunların tarixinin nə qədər öncəyə aid olduğunu müəyyən etmək çətindir. Ümumyunan Oyunlarının tərkib hissəsi olan Olimpiya Oyunları Yunanıstanın bir neçə bölgəsində keçirilən oyunlardan ən möhtəşəmi idi. Eyni xalqın nümayəndələri olan, eyni dildə danışıb, eyni dinə mənsub olan yunanların ayrı-ayrı şəhər dövlətləri bir-biri ilə müharibələr apardığı dövrdə Olimpiya Oyunları onları idman təntənəsi altında bir araya gətirərək bir mədəniyyətə, bir xalqa mənsub olduqlarını dərindən dərk etmələri, fikir mübadiləsi aparmaq və birləşmələri üçün çox münbit şərait yaradırdı. Odur ki, Qədim Olimpiya Oyunları yunan xalqının tarixi, mədəniyyəti, sosial, iqtisadi və siyasi həyatında, dövlətçiliyinin formalaşmasında çox mühüm bir amil kimi səciyyələnir.

Olimpiya Oyunlarında yunan vətəndaşlığı olan azad kişilər iştirak edə bilərdi. Cinayət və ya oğurluq etmiş şəxslər, xarici ölkələrdən olan kişilər, qullar və qadınlar bu yarışlara buraxılmırdı.

Oyunların ilk günü idmançılar Zevsin heykəli önündə “andın mühafizəkarları” qarşısında qaydalara əməl edəcəklərinə və şərəflə mübarizə aparacaqlarına and içirdilər. Eyni andı idmançının atası, qardaşı və məşqçisi də etməli idi. Onlar heç bir cinayət işlətməyəcəklərini də bu andda qeyd edirdilər. Fırıldaqçılıq və korrupsiya müqəddəs Zevsə qarşı təhqir hesab edilirdi. Yarışda fırıldaqçılığa görə fiziki cəza, korrupsiyaya görə isə cərimə tətbiq edilirdi.

Hakimlər də ədalətlə işləyəcəklərinə and içirdilər. İştirakçıları yaşlarına görə ayırmaq və ya azad vətəndaş olduqlarını müəyyən etmək incə məsələ idi. Qaçış zamanı finiş xəttini eyni vaxtda keçən idmançını müəyyən etmək və ya pankration yarışları zamanı düzgün qərar vermək məsuliyyəti hakimlərin öhdəsinə düşürdü. Odur ki, müqəddəs and qarşısında məsuliyyət hakimlərin ədalətli mövqe tutacağına təminat idi.

Olimpiya Oyunlarında müqəddəs andı pozmuş idmançı cərimə olaraq öz hesabına Zevsin bürünc heykəlini ucaltmalı idi. Heykəlin postamenti üzərində bu abidənin yarışlarda ədalətsiz mübarizə aparmış hansı idmançının cəriməsi hesabına ucaldığı qeyd olunurdu. Bu heykəllər Stadiona aparan yol boyu düzülür və idmançılara mübarizəyə qoşulmaqdan öncə Oyunların dəyərlərinə zidd olan hərəkətlərin cəzasının nə olduğunu bir daha xatırladırdı. İlk abidələrdən biri üzərində yazılır: “Olimpiya qələbəsi pul ilə deyil, ayaqların zirəkliyi və bədənin gücü ilə əldə edilir”. Hazırda qədim Olimpiya stadionunun girəcəyində belə heykəllərin bir qisminin postamentləti qalmaqdadır. Bütün bu məlumatlar hələ qədim dövrlərdə Oyunların iştirakçıları və qaliblərinin xalq qəhrəmanları kimi öz nümunələri ilə cəmiyyətə tərbiyəvi irs qoymalarının vacibliyinin, cəmiyyətə yalnız fiziki cəhətdən deyil, eyni zamanda mənən və ruhən güclü insanların gərəkli olmasının təbliğ edildiyini göstərir.

Əlbəttə, Müasir Olimpiya Oyunları artıq özü böyük bir tarixi inkişaf yolu keçmiş, genişlənmiş, təkmilləşmiş, bəşəriyyətin ən möhtəşəm idman bayramına çevrilmişdir. Sadəcə ilk və son Müasir Olimpiya Oyunlarına dair bəzi faktları müqayisə etməklə, bu inkişafın nə qədər nəhəng olduğu aydın görünər. Məsələn, 1896-cı ildə keçirilən Afina Olimpiya Oyunlarında cəmi 14 ölkə 245 idmançı ilə iştirak etmişdirsə, 2012-ci il London Oyunlarında 204 dövlət 10 500 idmançı ilə təmsil olunurdu. 1896-cı ildə Olimpiya proqramı çərçivəsində 43 idman tədbiri, 2012-ci ildə isə 300 idman tədbiri keçirilmişdir. Qadınlar ilk dəfə ikinci Olimpiya Oyunlarından etibarən (Paris, 1900) iştirak etməyə başlamışlar və bu Oyunlarda iştirakçıların yalnız 2,2 faizi qadınlar idi. Son Olimpiadada isə bu göstərici artıq 44,2 faizə çatmış və bütün iştirakçı ölkələrin komanda heyətinə ən azı bir nəfər qadın idmançı daxil edilmişdir.

Müasir Olimpiya Oyunları cəmiyyətin iqtisadi, siyasi və sosial həyatına ciddi təsir edən bir tədbirdir. Bu təsir Oyunlardan öncə, Oyunların keçirildiyi müddət və Oyunlardan sonrakı dövrlərə bölünərək, hər bir dövrdə iş yerlərinin artımı, turizm və sahibkarlıq fəaliyyətinin genişlənməsi, əhalinin maarifləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin ruhlandırılması, ölkənin və dövlətin dünya ictimaiyyətinə təqdim edilməsi, eləcə də siyasi proseslərin inkişafı baxımından özünəməxsusluğu ilə seçilir. Son Yay Olimpiya Oyunlarına (London 2012) cəlb olunmuş işçi qüvvəsinin sayı 200 000 nəfər, akkreditə olunmuş media nümayəndələrinin sayı 21 000, Oyunların keçirildiyi müddətdə Londona səfər etmiş tamaşaçıların sayı 20 milyon, Oyunları televiziya vasitəsilə izləmiş tamaşaçıların sayı təqribi 4,8 milyard olmuşdur. Bu rəqəmlərin dünyanın dörd bir yerindən cəlb olunmuş insanlara aid olduğunu və belə nəhəng tədbirin həyata keçirilməsində müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığını və rolunu nəzərə alsaq, Olimpiya Oyunlarının qloballaşmanın ən geniş mənada (mədəni, iqtisadi, sosial və siyasi) təcəssümü olmasının daha bir təsdiqidir.

Zəmanəmiz öncüllükləri dəyişmiş olsa, iqtisadi-siyasi motivlərin Olimpiya Oyunlarının təşkilinə qismən təsiri artsa da, qədim Olimpiya Oyunlarının varisi olan Müasir Olimpiya Hərəkatı ümumbəşər dəyərləri üzərində qurulmuş Olimpizm fəlsəfəsini gələcəyə inamla daşıyır, idmanın imkanlarından istifadə edərək sülh, təhsil və mədəniyyəti inkişaf etdirməyə səy göstərir. Beynəlxalq Olimpiya Komitəsi hər kəsin idmanın fiziki və mənəvi dəyərlərindən faydalana bilməsi üçün öz inkişaf dövründə Paralimpiya Oyunları, Qış Olimpiya Oyunları, Gənclərin Olimpiya Oyunları, Qitə Oyunlarının təşkilinə dəstək verməklə humanizm missiyasını həyata keçirir. Belə Oyunlara ev sahibliyi edən hər bir ölkə də öz növbəsində bu fövqəladə fürsətdən hər bir sahədə maksimum yararlanmağa çalışır. Bu sahələrdən əldə edilən bəlkə də ən ümdə dəyər əhalinin geniş kütlələrinin Olimpiya ideallarına köklənməsidir. Çünki bu ideallar insanları öz üzərində işləyərək, ədalətli mübarizə apararaq qələbə çalmaq və yüksəlmək, qarşısındakının müxtəlifliklərinə baxmayaraq, hüquqlarına hörmət etmək, rəqabəti düşmənçiliyə çevirməmək, başqalarının zəhməti ilə əldə etdiyi uğurlarına ehtiram göstərmək, müvəffəqiyyətsizliyində dəstək olmağa çağırır.

Bunlarla yanaşı qeyd edilməlidir ki, Olimpiya Hərəkatı cəmiyyətlə paralel inkişaf edir və qarşılıqlı təsirə malikdir. Elmi-texniki tərəqqi bir tərəfdən hərəkatın inkişafı, idmanda ədalət prinsiplərinin qorunmasına yeni imkanlar yaratsa da (nəticələrin daha dəqiqliklə qeydə alınması, tibbi nəzarət, informasiyanın əldə yayılması və s.), digər tərəfdən elmin inkişafından sui-istifadə edilərək insanın təbii fiziki imkanlarının süni şəkildə artırılması ilə (dopinq, xüsusi idman geyimləri, genetik gücləndirmə və s.) sağlam rəqabətin təmin edilməsinə maneələr yaradır.

Olimpiya dəyərləri cəmiyyətə sehrli çubuq vasitəsilə deyil, maarifləndirmə, təbliğat, bir sözlə Olimpiya təhsili vasitəsilə ötürülür. Gənc nəslin yeni informasiyanı daha asan qəbul etmək qabiliyyətini, uşaq yaşlarında tərbiyə edilən keyfiyyətlərin uzunmüddətli iz qoymasını, gənclərin bir şəxsiyyət kimi formalaşması üçün alternativ təsir vasitələrindən istifadənin bəzən daha effektli olmasını, Olimpizmin əsasən gənclərin daha fəal iştirak etdiyi idman fəaliyyəti vasitəsilə, əyləncəli, zövqverici şəkildə çatdırıla bilməsini və idman fəaliyyətinin təşkili bir proses olmasını (müvafiq institutların iştirakı vardır) nəzərə alaraq, Olimpizm fəlsəfənin cəmiyyətə daha sürətlə inteqrasiyası üçün ilk növbədə məhz gəncləri hədəf qrupu seçmək məqsədəuyğundur. Bu konsepsiya proqramlaşdırılmış şəkildə təhsil sistemi, gənclər təşkilatları, bədən tərbiyəsi və idmanın idarə edilməsi sistemi və kütləvi informasiya vasitələri ilə realizə oluna bilər. Olimpiya təhsili qismən müxtəlif fənlər üzrə tədris proqramlarına (Fiziki tərbiyə, Ədəbiyyat, Tarix, İctimaiyyət və s.) daxil edilə və ya fakütativ şəkildə tədris edilə bilər.

Olimpizm öyrədilən və öyrəniləndir. Olimpizm həyat boyu öyrənilə bilən və həyat boyu istifadəsinə ehtiyac duyulan bir konsepsiyadır.

Ölkəmizdə də Olimpiya Hərəkatına böyük önəm verilir. Bəşəriyyətin bu möhtəşəm tədbirində Azərbaycan idmançıları ilk dəfə 1952-ci ildə (Helsinki Olimpiya Oyunları) keçmiş SSRİ-nin tərkibində beş idmançı ilə iştirak etmiş və elə həmin Olimpiya Oyunlarında da ilk Olimpiya medalını qazanmışlar (güləşçi Rəşid Məmmədbəyov). Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması 1996-cı il Atlanta Oyunlarına təsadüf etsə də, 1992-ci ildə Barselonada keçirilən Oyunların yeni müstəqillik qazanmış dövlətlərin, o cümlədən müstəqil Azərbaycan dövlətinin idman tarixində xüsusi yeri vardır. MDB komandasının tərkibində çıxış edən 5 idmançımız bu yarışlarda şəxsi birinciliklərdə müstəqil dövlətimizin bayrağını ucaltmaq imkanı əldə etmişlər. Azərbaycan cüdoçusu Nazim Hüseynov, beləliklə, ilk dəfə dövlət bayrağımızı Olimpiya Oyunlarında dalğalandırmağa müyəssər olmuşdur. Bu oyunlarda gimnastımız Valeri Belenki də şəxsi birincilikdə bürünc, komanda hesabında isə qızıl medal qazanaraq xalqımıza Olimpiya sevincini yaşatmışlar. 1996-cı ildə Namiq Abdullayevin Atlanta Oyunlarında əldə etdiyi Olimpiya gümüşü müstəqil dövlətimizin yeni Olimpiya salnaməsinin başlanğıcı idi. Sonrakı hər bir Olimpiya Oyunları ölkəmizin idman tarixinə yalnız yüksəlişlə həkk olunmuşdur.

Şübhəsiz, bütün bu nəticələr dövlətimizin Olimpiya Hərəkatına verdiyi böyük dəyər, Olimpiya ideallarına olan böyük rəğbətinin əyani sübutudur. Görülən işlərin nəticəsidir ki, Azərbaycanımız idman tarixində ilk dəfə 2015-ci ildə təşkil ediləcək Avropa Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. 2017-ci ildə isə daha bir mötəbər tədbirin, İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili, ölkəmizdə idmanın inkişafı ilə bərabər, beynəlxalq siyasi və ictimai institutlar tərəfindən dövlətimizin ümumi tərəqqisinin və artan nüfuzunun tanınmasına dəlalət edir.

Səlhət Abbasova,

fəlsəfə doktoru, Fəxri Bədən Tərbiyəsi

və İdman İşçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas nəqsədimiz gənclərin insanönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə milli akkreditasiya sistemindən bəhs olunub

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığa başladığı ilk elmi müəssisə Kimya İnstitutu olub

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Anar Rzayev: Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması vacib məsələlərdəndir

COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub

AICA: Bakıda keçirilən süni intellekt sammiti bu sahədə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

® “Azercell”in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində strateji tərəfdaşdır ŞƏRH

Almaniyanın ətraf mühit naziri dünyada “enerji inqilabı”nın baş verdiyini bildirib

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb