ÖLKƏ BASKETBOL ÇEMPİONATININ OYUNLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 10-da Bakı Olimpiya İdman Kompleksində kişi basketbol komandaları arasında ölkə çempionatının V turunun oyunları keçirilmişdir. Nəticələr belədir: “Aztop”-“Binəqədi bələdiyyəsi” - 75:63, “Qala”-“Qərb Universiteti” - 127:60. Dairəvi sistemlə keçirilən çempionatın bu turunda “Azəri” komandası istirahət edirdi. Hazırda “Qala”nın 8, “Qərb Universiteti”nin 7, “Binəqədi bələdiyyəsi”nin 6, “Aztop”un 5, “Azəri”nin 4 xalı var. Bununla da, ölkə çempionatının ilk dövrəsinə yekun vurulmuşdur.
Eyni zamanda, qadınların çempionatında ilk turun görüşləri keçirilmişdir. Nəticələr belədir: Nərimanov rayon UGİM-“Xəzər Universiteti” - 25:46, “Qaradağ”-“Məşəl-2” - 45:55, “Sumqayıt”-“Məşəl-1” - 31:136.
Hər iki çempionatda növbəti turun oyunları dekabrın 17-də olacaqdır.