Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 19 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi departamenti tərəfindən dekabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir. Yol verilmiş qanunsuzluqlara görə 112 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 28 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə 60 min manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 1 milyon 1396.21 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 25 min 155.62 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 6, icra qruplarına 13 iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]