ÖLKƏ PREZİDENTİNİN TÖVSİYƏLƏRİ YERİNƏ YETİRİLİR
Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri zamanı Yevlax şəhərindəki “Yevlax-təmir” Açıq Səhmdar Cəmiyyətində olmuş, iş yerlərinin artırılması ilə əlaqədar zəruri tövsiyə və tapşırıqlarını vermişdir.
Müəssisənin direktoru Nizami Mirzəyev AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar toplantı keçirilmişdir. Hazırda müəssisədə 90 nəfər işçi çalışır. Yeni yığma sexinin açılması üçün Volqoqrad traktor zavodunun rəhbərliyi ilə danışıqlar aparılır.