Ölkədə enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib
Bakı, 24 fevral, AZƏRTAC
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.
Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpaolunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]