Ölkələr üzrə qlobal borc rekord həddə yüksəlib
Bakı, 7 may, AZƏRTAC
Dünya üzrə qlobal borc 2026-cı ilin birinci rübündə təxminən 353 trilyon dollara yüksəlib. Bu yeni rekord həddir.
AZƏRTAC xəbər verir ki, Nyu-York Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc edilən "Qlobal Borc Monitoru" adlı hesabatında bu barədə məlumat yer alıb.
Hesabata görə, qlobal borcun həcmi ilin birinci rübündə 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollara çatıb.
Ardıcıl beşinci rübdür artan və yeni rekord həddə çatan qlobal borc məbləği ötən ilin eyni dövründə 327,6 trilyon dollar təşkil edirdi.
Borc nisbətləri inkişaf etmiş bazarlarda azalma tendensiyasını davam etdirərkən, inkişaf etməkdə olan bazarlarda davamlı olaraq artıb. Bu dövrdə ən əhəmiyyətli artımlar Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [22:42]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]