ÖLKƏMİZDƏ MİLLİ AZLIQLARA QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR
Gürcüstanın müstəqilliyi uğrunda mübarizədə həlak olmuş 9 Aprel faciəsi qurbanlarının xatirəsinə Əlibəyli kəndində ucaldılmış abidənin və tanınmış gürcü şairi İlya Çavçavadzenin büstünün önünə tər çiçək dəstələri qoyulmuşdur.
Görüşdə ölkəmizdə milli azlıqlara dövlət qayğısının artırılması sahəsində görülən işlərdən, Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrindən danışılmış, bu əlaqələrin daha da möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri bir daha yada salınmışdır. Prezident İlham Əliyevin bu yaxınlarda qonşu Gürcüstana dövlət səfərini xatırladan natiqlər iki ölkənin münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu və sürətlə inkişaf etdiyini xüsusi vurğulamışdır.
Sonra dövlət muşaviri Böyük Alatəmir kəndinə gəlmiş, əsaslı təmir işləri yenicə başa çatmış klub binası ilə və yeni salınmış parkla tanış olmuş, yerli sakinlərlə görüşmüş, onların qayğı və ehtiyacları, kəndin sosial problemləri ilə maraqlanmışdır.
Hər iki görüşün sonunda kənd sakinlərini maraqlandıran suallara aydınlıq gətirilmiş, onların arzu və müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılacağı, qaldırılan problemlərin həllinə kömək göstəriləcəyini qeyd etdilmişdir. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.