ÖLKƏMİZDƏ MİNİMUM ƏMƏKHAQQI İLDƏN-İLƏ ARTACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda məlumat vermişdir. Prezident söyləmişdir ki, minimum əməkhaqqının bir neçə dəfə qalxması bizi qane edə bilməz, çünki bu, insanın minimum tələbatını ödəməlidir. Azərbaycanda minimum əməkhaqqı ildən-ilə qalxacaqdır. Gördüyümüz işlər, gələcəkdə bizi gözləyən böyük neft gəlirləri bu imkanı yaradacaqdır. Ancaq biz makroiqtisadi sabitliyi poza bilən amillərdən özümüzü qorumalıyıq.