Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizin sənaye potensialı mövcud göstəricilərindən dəfələrlə çoxdur

Bakı, 15 may (AZƏRTAC). Son illərdə respublika iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda müşahidə edilən yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədi ilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması ilə bağlı olacaqdır. Sumqayıtda Kimya Sənayesi Parkının, Yüksək Texnologiyalar Parkının və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərin reallaşması qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaqdır. Həmin hədəflərə çatmaq üçün sənaye sektorunun potensialından səmərəli istifadə olunmalıdır. Xüsusilə də nəzərə alaq ki, əsas hədəflərdən biri qeyri-neft sektorunda ümumi daxili məhsulun adambaşına düşən göstəricisinin iki dəfə artırılmasıdır.

Burada “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının önəmini də vurğulamaq lazım gəlir. Proqram ölkə iqtisadiyyatının şaxələndirilməsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayır. Proqramda nəzərdə tutulan layihələrin icrası bilavasitə iqtisadiyyatın qeyri-neft sektorunun şaxələndirilməsinə yol açacaqdır.

Sahibkarlıq fəaliyyətinin bazar iqtisadiyyatının əsas atributlarından biri olduğunu nəzərə alaraq deyə bilərik ki, sahibkarın başlıca işi mövcud iqtisadi resurslar kombinasiyasının bütün mümkün yeni üsullarından istifadə etməklə, yüksək rəqabət qabiliyyətli məhsul istehsalının təşkilidir. Birinci şərt odur ki, sahibkar fəaliyyət növünün, maliyyələşdirmə mənbələrinin seçilməsində, istehsal proqramının tətbiqində və digər işlərdə müstəqildir. Lakin sahibkar daim bazardan, tələb və təklifin dəyişilməsi dinamikasından, qiymətin səviyyəsindən, yəni mövcud əmtəə-pul münasibətləri sistemindən asılı vəziyyətdə qalır. Beləliklə, sahibkarlıq fəaliyyətində istehsal prosesinin təşkili növünün düzgün seçilməsi vacib şərtdir.

Sahibkarlıq subyektlərinin sənayenin qeyri-neft sektoruna sərmayə yatırmaq təşəbbüslərinin təşviq edilməsi bu sahənin inkişafına təkan verə bilər. Sənayenin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ölkəmizdə kifayət qədər potensialın olduğunu deyən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Statistika və Analitik Təhlil Şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov AZƏRTAC-a bildirmişdir ki, bu sektorun ümumi makro göstəricilərinə nəzər saldıqda, 2000-ci ildən bəri davamlı olaraq faktiki qiymətlərlə ifadə edilmiş məhsul həcminin artımı müşahidə olunur. Bu da bizə “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında sənaye ilə bağlı qarşıya qoyulmuş hədəflərə çatmağımızda ilk baxışdan heç də ciddi problemin olmadığını göstərir. Lakin sahənin daha dərin təhlili ilk baxışdan görünməyən, amma böyük problemlərin mövcudluğunu üzə çıxarır. Sənaye məhsulunun həcmi 2005-ci illə müqayisədə 2011-ci ildə 9309 milyon manatdan 35027 milyon manatadək, yəni təxminən 3,7 dəfəyədək artmışdır. Mülkiyyət formalarına nəzər salsaq, həmin dövrdə dövlət sektorunda 1,4 dəfə, özəl sektorda isə 4,3 dəfə artım olmuşdur. Son 6 il ərzində məhsul həcminin təqribən 2518 milyon manat artımı fonunda bir məqama diqqət yetirmək lazımdır. Neft və qaz hasilatı 2005-ci ildə ümumi sənayenin 63,8 faizinə bərabər olduğu halda, 2011-ci ildə bu göstərici artaraq 78 faizə çatmışdır. Eyni zamanda, əlavə olaraq emal sənayesinə daxil olan neft məhsullarının istehsalını və kimya sənayesini də bura əlavə etsək, mənzərə daha aydın olar. Başqa sözlə desək, təqribən 35 milyard manatlıq sənaye məhsulunun 26 milyardı neft və qaz hasilatına, təqribən 2,5 milyardı neft məhsullarının istehsalına və 189 milyon manatı isə kimya sənayesinin payına düşmüşdür. Sənayenin yerdə qalan bölmələrinin payı isə cəmi 6,3 milyard manata bərabər olmuşdur. Azərbaycan Respublikasının sənaye potensialı isə bu göstəricidən dəfələrlə çoxdur.

Qeyri-neft sektorunda ölkəmizin daxili tələbatının ödənilməsi baxımından böyük potensialı olan metallurgiya sənayesini də xüsusi qeyd etmək lazımdır. Bu sahənin vəziyyəti barədə daha ətraflı təhlil aparılmasına ehtiyac vardır. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Belə ki, növbəti illərdə genişmiqyaslı tikinti layihələrinin həyata keçirilməsi (yeni neft-qaz kompleksinin yaradılması, yeni metro stansiyalarının tikintisi, I Avropa Olimpiya Oyunlarına hazırlıq və s.) və qeyri-neft sənayesinin genişlənməsi (yeni sənaye parklarının yaradılması) qara metallurgiya sənayesinin inkişafı üçün əsas şərtləndirici amillər olacaqdır. Hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır. Belə ki, 2009-cu ildə respublikada 244 min ton polad məhsulları istehsal edilmişdirsə, 2012-ci ildə bu göstərici 721,2 min tona bərabər olmuşdur. Eyni meyil polad məhsullarının idxal edilməsində də görünür. Belə ki, 2009-cu ildə idxal edilmiş polad məhsullarının həcmi 906 min ton təşkil edirdisə, 2012-ci ilin 11 ayı üzrə bu göstərici 1,37 milyon tona çatmışdır. Ölkədə adambaşına düşən polad məhsullarının istehlakı ildə təqribən 229 kiloqram təşkil edir ki, bu da dünya üzrə orta göstəriciyə (215 kq) yaxındır. Eyni zamanda, inkişaf etmiş ölkələr ilə müqayisədə bizdə tələbatın ciddi artım perspektivləri mövcuddur.

İqtisad üzrə fəlsəfə doktoru deyir ki, sənayenin qeyri-neft sektorunun inkişafı məqsədi ilə sahibkarlar arasında sorğuların keçirilməsi, əngəllərin müəyyən edilərək aradan qaldırılması ilə sahibkarlıq fəaliyyətini stimullaşdırmağa, həm də yeni iş yerlərinin açılmasına, eyni zamanda, istehsal həcminin dəfələrlə artmasına nail olmaq mümkündür.

Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində əsas məqsədin qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişaf etdirilməsi olduğunu deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.

Göründüyü kimi, bu sahəyə qoyulan və qoyulacaq investisiyalar, eləcə də sahibkarlıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Cari ilin I rübünün göstəriciləri də bunu deməyə əsas verir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafının 11,4 faiz təşkil etdiyini diqqətə çatdıraraq, bu sahənin inkişafı üçün real imkanların mövcudluğunu, 2013-cü ilin xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord il olacağını vurğulamışdır.

Bəli, bütün imkanlar, eləcə də dövlətin bu sahəyə dəstəyi qarşıdakı illərdə respublikada yeni sənaye müəssisələrinin yaradılmasını stimullaşdırır. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaqdır. Sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcəkdir. Yəni dövlət beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini artıra biləcəkdir. Bu məqsədlə yeni sənaye mərkəzlərinə investorların cəlb edilməsi üçün ölkədə daha əlverişli biznes imkanları yaradılır. Digər tərəfdənsə, dövlət öz maliyyə dəstəyini gücləndirməklə yanaşı, xarici investorlar üçün bir sıra güzəştli şərtlər tətbiq etməyi də nəzərdə tutur. Konsepsiyada qeyd olunduğu kimi, 2020-ci ilədək qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.

Beləliklə, 2020-ci ilədək olan dövrü əhatə edəcək bu mərhələdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir. Bu sahədə görülən tədbirlər, ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımı, ilk növbədə, əlverişli sahibkarlıq və biznes mühitinin nəticəsi kimi qiymətləndirilməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb