ÖLKƏMİZİN XARİCİ BORCU ÜDM-İN 22,2 FAİZİ HƏDDİNDƏDİR
İqtisadi inkişaf naziri Fərhad Əliyev AZƏRTAC-a bildirmişdir ki, xarici borclar məsələsində ehtiyatlı siyasət 2003-cü ildə də davam etdirilmiş, yalnız ölkənin maliyyə sabitliyinin, struktur dəyişikliklərinin, infrastrukturun inkişafının təmin edilməsi ilə bağlı ən vacib layihələr üzrə xarici vəsaitlər cəlb olunmuşdur. Hazırda ölkəmizin xarici borcu 1,575 milyard dollar təşkil edir ki, bu da ümumi daxili məhsulun 22,2 faizi həddinə bərabərdir. Bu isə MDB ölkələri arasında ən aşağı göstəricilərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:25]
Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
- 30.09.2026 [12:46]
Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]