İQTİSADİYYAT
Ölkəyə xarici investisiyaların cəlb edilməsi mövzusunda müzakirələr keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) ölkəyə xarici investisiyaların cəlb edilməsi mövzusunda müzakirələr keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyasının prezidenti Məmməd Musayev ilə özəl sektorun İnkişafı üzrə UNDP İstanbul Beynəlxalq Mərkəzinin direktor müavini Gülçin Salıngan arasında görüş olub.
Gülçin Salıngan BMT-nin Əhali Fondu (UNDP) ilə birlikdə Azərbaycanda icra edilən layihə və onun komponentləri, məqsədləri barədə məlumat verib. Sonra ölkəmizdəki biznes mühiti, xarici investisiyanın cəlb edilməsi yolları və potensial sahələr üzrə fikir mübadiləsi aparılıb.