ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYAT QƏZASI
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 9-da Bakı-Quba yolunun Siyəzən rayonu Gilgilçay qəsəbəsi ərazisində, Dəvəçi rayon sakini Səfalı Balabəyovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla, Siyəzən rayon sakini Samir Quliyevin sürdüyü “Yupiter” markalı motosiklet toqquşmuşdur.
Nəticədə, S.Quliyev və sərnişini, Siyəzən rayon sakini Xaqani Dadaşov hadisə yerindəcə keçinmiş, S.Balabəyov və sərnişini, Dəvəçi rayon sakini Eldar Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Onların vəziyyəti qənaətbəxşdir.