ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞ YANĞIN
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 11-də Nəsimi rayonu A.Mustafayev küçəsində yaşayan Valeri Musatovun mənzilində yanğın baş vermişdir.
Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar bütövlüklə yanmışdır. Yanğın söndürüldükdən sonra V.Musatovun və 50-55 yaşlarında daha iki kişinin yanmış meyitləri tapılmışdır.