OMBUDSMAN ATƏT-İN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil respublikamızda noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı görülən işlər, seçkilərin azad və şəffaf keçirilməsi istiqamətində atılan addımlar barədə qonağa ətraflı məlumat vermiş, ölkəmizin Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamlarının əhəmiyyətini vurğulamışdır.
Ombudsman ölkənin ayrı-ayrı regionlarında bu mövzuda hüquqi maarifləndirmə işi aparıldığını diqqətə catdırmış, seçkiqabağı mərhələdə şəxsiyyət vəsiqələrinin verilməsində ortaya çıxan bəzi problemlərə toxunmuşdur. O, qadınların seçkilərdə fəallığını artırmaq üçün görülən işlərdən danışmış, yaxın vaxtlarda gender mövzusunda seminarın keçiriləcəyini qeyd etmişdir.
E.Qatterer hələ 2000-ci ildə Milli Məclisə seçkilər zamanı müşahidəçi qismində iştirak etdiyini söyləmiş, qarşıdakı seçkilərin obyektiv və şəffaf keçiriləcəyinə inandığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]