Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman Ermənistan silahlılarının Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Ombudsman Ermənistan silahlılarının Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan ərazilərindən erməni silahlı qüvvələri tərəfindən aprelin 2-dən başlayaraq qəflətən Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Son hadisələr bir daha göstərir ki, ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, kütləvi şəkildə azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozur, bu isə bütün Azərbaycan xalqının hiddətinə səbəb olur.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüb.

Aprelin 3-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycanın Silahlı Qüvvələrinin cavab tədbirlərini birtərəfli olaraq dayandırmasına baxmayaraq, Ermənistan ordusu daha da şiddətli hücum əməliyyatları keçirib və dinc əhalimizin yaşayış məntəqələrini intensiv atəşə tutub. Aprelin 5-də saat 12:00-dan etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması elan olunsa da, növbəti günlərdə də təmas xətti boyu Azərbaycan mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri artilleriya daxil olmaqla, ağır silahlardan atəşə tutulub və bütün bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib.

Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyə edən sanitar tibb maşını atəşə tutulub, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəyib.

Bəyanatda deyilir: “Bu faktlar mənim, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfərləri zamanı da müşahidə olunub.

İşğalçı Ermənistan Respublikası bu gün də beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərərək işğalçılıq əməllərini davam etdirmək və dinc əhalini atəşə tutmaq məqsədilə Azərbaycan Respublikasının ərazilərinə əlavə hərbi-texniki qüvvələr yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirir, bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirirlər. Bütün bunlar işğalçı Ermənistan dövlətinin yeni hərbi cinayətlər törətmək niyyətlərini göstərir”.

Qeyd edilir ki, Ermənistan tərəfi öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, özlərinin törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin törətdiyi kimi qələmə verərək, dünya ictimaiyyətini çaşdırmağa çalışır. Halbuki Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq və öz torpaqlarını müdafiə etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar keçirib.

Məlum olduğu kimi, Ermənistan 1988-ci ildən başladığı və ara vermədən davam etdirdiyi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal edib, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunub, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmaqdadır. Təcavüz nəticəsində 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalıb.

1994-cü ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə atəşkəs haqqında ikitərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Eyni zamanda, Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan da öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd edilib və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

Cəbhə bölgəsindəki son hadisələrlə bağlı AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırıb, bu prosesin çox gecikdirildiyi ilə bağlı fikirlər irəli sürüblər.

“Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir.

Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə çağırıram.

Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, işğalçı Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına inanırıq.

Beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırırıq.

İnanırıq ki, AŞPA-nın yaz sessiyası çərçivəsində aprelin 18-də “Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası” mövzusunda aparılacaq müzakirələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın zəbt etdikləri ərazilərindən çıxarılması üçün müvafiq qərarlar qəbul olunacaq.

Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaq. Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasında tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaq”, - deyə bəyanatda qeyd edilir.

Bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO