Ömər Çəlik: Ermənistana bir daha xəbərdarlıq edirik ki, odla oynamasın
Ankara, 23 sentyabr, AZƏRTAC
Dünən Ermənistan tərəfinin hücumu nəticəsində şəhid olan azərbaycanlı qardaşımıza Allahdan rəhmət diləyirik. Buradan bir daha Ermənistana səslənirik. Türkiyə tərəfi belə hərəkətləri qəbul edə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik AKP İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında söyləyib edib. O deyib: “Ermənistan odla oynadığını bilsin. Bölgədə xaos yaratmaq fəaliyyətinin mərkəzində Ermənistan dayanır. Türkiyə Azərbaycanın yanındadır. Ermənistana bir daha xəbərdarlıq edirik ki, odla oynamasın”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]