Ömər Əbdül Səməd: WUF13-ün Bakıda keçirilməsi həqiqətən də tarixi hadisədir VİDEO
Bakı, 20 may, AZƏRTAC
WUF13 mənim indiyə qədər iştirak etdiyim ən böyük tədbirlərdən biridir. Azərbaycan bu tədbiri çox yüksək səviyyədə təşkil edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Yaxın Şərq və Körfəz ölkələrində şəhərsalma siyasəti və tədqiqatları üzrə ixtisaslaşmış konsaltinq şirkətinin nümayəndəsi Ömər Əbdül Səməd deyib.
O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə dünyanın hər bir yerindən, bütün sektorlarda çalışan mütəxəssislər, şəhərsalma üzrə ixtisaslaşmış təşkilatlar və qurumlar bir araya gələrək əlçatan mənzil təminatı, cəmiyyətin müxtəlif təbəqələri üçün təhlükəsiz və ləyaqətli yaşamaq üçün imkanların yaradılması ətrafında müzakirələr aparılır.
“Bu tədbirin əhəmiyyətli edən əsas amil isə onun miqyasıdır. Belə ki, bu çox böyük bir tədbirdir və bu həqiqətən də müxtəlif ölkələrin nümayəndələrinin bir araya gələrək qlobal çağırışların həll yolları barədə fikir və təcrübə mübadiləsi aparması üçün gözəl platformadır. WUF13-ün Bakıda keçirilməsi həqiqətən də tarixi hadisədir”,- deyə Ömər Əbdül Səməd əlavə edib.