ON AYDA 50 SOSİAL OBYEKT İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, cari ilin 10 ayında Naxçıvan Muxtar Respublikasında 50 müxtəlif sosial obyekt tikilib istifadəyə verilmişdir.
Yaxın günlərdə Naxçıvan şəhərində Gənclik Mərkəzi, Kitab evi, Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə, hüquq və iqtisad fakültəsi üçün korpus, Musiqi kolleci üçün inzibati bina, “Beko” ticarət mərkəzi kimi yeni sosial obyektlər açılacaqdır.