İQTİSADİYYAT
On bir ayda tikinti materiallarının istehsalı 24,6 faiz artıb
Bakı, 18 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 660,8 milyon manat olmaqla 24,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə tikinti gipsinin istehsalı 2,4 dəfə, tikinti kərpicinin istehsalı 21,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 6,5 faiz artıb.
Sementin istehsalı 3,4 faiz, tikinti əhənginin istehsalı 26,9 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,3 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40,1 faiz, asfaltın istehsalı isə 57,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]