“ONKOLOJİ YARDIM HAQQINDA” QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞA HAZIRDIR
Bildirilmişdir ki, bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi və sosial yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək bu qanun Azərbaycan vətəndaşlarına, əcnəbilərə, eləcə də respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə, təşkilat-hüquqi formasından asılı olmayaraq, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərə şamil ediləcəkdir. Qanun layihəsində bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə dövlət təminatlı yardımın göstərilməsi, onların dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyası, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsi, onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsi və s. müddəalar əksini tamışdır.
Qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.