Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onlar xəstə deyil, fərqlidirlər – REPORTAJ VİDEO

Bakı, 20 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Dünyada 70 milyon insan autizmdən əziyyət çəkir. Qeyri-rəsmi statistikaya görə, ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromludur və onların sayı artmaqda davam edir. Bu səbəbdən valideynlər autizm sindromu ilə bağlı maariflənməli və onun ilkin əlamətlərini bilməlidirlər. Autizmin əlamətləri bəzən erkən yaşlarda müşahidə olunur və daha çox oğlan uşaqlarında rast gəlinir. Yeri gəlmişkən, ekspertlər bildirir ki, autizm sindromlu insanlar heç də əqli cəhətdən geri deyillər. Sadəcə olaraq həmin şəxslərin əşya və hadisələrə baxış müstəvisi daha fərqlidir.

AZƏRTAC mövzu ilə bağlı reportaj hazırlayıb. Autizmlə bağlı əhalini maarifləndirmək, onun ilkin əlamətlərini və müalicə üsulunu öyrənmək üçün autizm mərkəzlərinin birinə üz tutduq. Komandamız uşaqların sosial həyata uyğunlaşması, nitq qüsurları və davranış pozuntularının aradan qaldırılması ilə bağlı dərslərdə iştirak etdi.

Ümumiyyətlə ilk olaraq, autizmin xəstəlik yox, fərqlilik olduğunu bilmək lazımdır. Burada müalicə kurslarına cəlb edilən uşaqlara digər həmyaşıdlarından daha xüsusi qayğı və diqqət göstərilir.

Mərkəzin direktoru Xəyalə Abbaszadə ilə söhbətimiz zamanı onun övladına da 3 yaşında autizm diaqnozu qoyulduğunu öyrəndik. O, valideynlərin bu prosesdə yaşadığı duyğu haqda danışdı. Xəyalə xanımın sözlərinə görə, övladının digər uşaqlardan geri qalması və davranış pozuntularını gördükcə uzun müddət dərin depressiya halı yaşayıb: “Övladımın həmyaşıdları kimi oyun oynamadığını, danışa bilmədiyini, hətta çox sadə gündəlik vərdişlərə sahib olmadığını görmək bir ana kimi uzun müddət mənə çox ağır təsir etdi. Onu cəmiyyət içərisinə çıxardığım zaman davranış pozuntuları səbəbindən insanlardan utanırdım. Uzun müddət ətrafıma, qohumlarımıza övladımda bu problemin olduğunu demək istəmədim”.

Sözsüz ki, Xəyalə xanımın yaşadığı bu problemdə ictimai düşüncənin rolu böyükdür. Ətrafdakı insanların baxışları, səssiz pıçıltılar…

“Yoldaşımla mən övladımıza autizm diaqnozu qoyulduqdan sonra onu bu sahədə mütəxəssis həkimlərin yanına apardıq. Hətta demək olar ki, Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində autizmin çarəsini axtarırdıq. Ancaq bütün həkimlər autizmin tam müalicəsinin olmadığını, bu prosesi davamlı kurslar, pedaqoji dərslərlə müəyyən qədər normaya salmağın mümkün olduğunu dedilər”.

Xəyalə xanım həmin vaxtdan etibarən ilk olaraq özünün psixoloji sağlamlığını bərpa etməli olduğunu anlayıb. Açdığı mərkəzdə övladı ilə birlikdə onlarla autizmli uşağın müalicə kurslarına cəlb olunmasını təmin edib: “Əsas məsələ onların maraq dairəsinin yaradılmasını təmin etməkdir. Bu səbəbdən onları müxtəlif ekskursiyalara aparmaq, musiqi və uyğun olduqları idman növü ilə tanış etmək daha məsləhətlidir. Autizmli uşaqlarda davamlı xüsusi təhsil mütləqdir”.

Mərkəzdə olduğumuz zaman buradakı valideynlərin müalicə alan bütün uşaqları öz övladı kimi gördüyünü müşahidə etdik.

Övladı mərkəzə gələn valideyn Aynur Rəhimovanın sözlərinə görə, autizmlə bağlı insanların maariflənməsi olduqca əhəmiyyətlidir: “Övladım Cavidan öz adına uzun müddət reaksiya vermirdi. Nitqində də irəliləyiş olmadığını görürdük”.

Aynur xanım nitqində və səslərə reaksiya verməməsi səbəbindən Cavidanı tez-tez qulaq-burun-boğaz mütəxəssislərinə eşitmə problemi şübhəsi ilə müraciət edib. Burada bir çox valideynin etdiyi səhflərdən biri, autizm sindromunun ilkin əlamətlərini müşahidə etdiyi zaman uşaqlara “böyüsün, düzələr” anlayışı ilə yaxınlaşmaqdır.

Hazırda isə Cavidan piano və idman dərslərinə olduqca maraqlıdır.

Mərkəzdə fəaliyyət göstərəm autizmli uşaqların idman-terapevti Kənan Atakişiyev 7 ildir ki, həmin problemdən əziyyət çəkən uşaqlarla işləyir. Onun sözlərinə görə, fiziki terapiya növü olan idman terapiyası idmanın terapevtik istifadəsinə əsaslandığı üçün təkmilləşdirilmiş xüsusi proqramların tətbiqi ilə həyata keçirilir. Yaş qrupuna və problemlərin növünə görə fərqlənən həmin terapiya proqramları uşaqların gündəlik funksionallığını artırır: “Autizm sindromundan əziyyət çəkən uşaqlara idmanla yanaşı duyğu bütünləmə dərsləri keçirilir. Duyğu bütünləmə xarici təsirlərdən alınan siqnalların beyin səviyyəsində analiz və təhlil edilərək düzgün formaya gətirilməsidir”.

Terapevtin sözlərinə görə, onun 7 illik fəaliyyəti zamanı məşğul olduğu uşaqların 90 faizində duyğuların idarə olunması problemi müşahidə edilir. Xüsusilə, fiziki gücün idarə olunmasını öyrənmək buradakı ən vacib məqamdır. Çünki, bu uşaqlara öz güclərini idarə etmək bacarığı belə uzunmüddətli dərslərdən sonra mümkün olur.

Mərkəzin pedaqoqu Günay Xəlilli həmsöhbət zamanı valideynlərin uşaqlarında sosial qarşılıqlı əlaqədə problem, təkrarlanan hərəkətlər, məhdud maraq, nitqdə gecikmə kimi əlamətlər müşahidə etdikləri zaman dərhal mütəxəssisə müraciət etməli olduqlarını deyir: “Hər bir autizmli uşaqda sindromla bağlı müxtəlif əlamətlər olur. Biz bir simptomu bütün autizmli şəxslərə şamil edə bilmərik. Əlamətlər hamısı tez-tez, eyni anda yaranmır və simptomlar zamanla dəyişə bilir. Autizmli uşaqlarda fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri də sindromun şiddətdən yüngülə qədər bir çox formasının olmasıdır. Mülayim autizmli uşaqlar düzgün müalicə, xüsusi təhsil ilə danışa, göz təması qura və normal təhsil ala bilərlər. Müalicədən sonra mülayim autizmli uşaqlar arasında danışan, gündəlik fəaliyyətlərini yerinə yetirə bilən, idmanla məşğul olan, hətta elmi dərəcələr əldə edənlər var”.

Pedaqoqun sözlərinə görə, bəzi sosial şəbəkələrdə autizmin dərman müalicəsinin olduğu ilə bağlı paylaşımlar edilir: “Sözsüz ki, bu olduqca gülüncdür və saxtakarlıqdan ibarətdir. Aparılan uzunmüddətli tədqiqatların nəticəsi olaraq autizmin tam mülalicəsinin mümkün olmadığı aşkarlanıb”.

Autizmdə erkən müdaxilə vacibdir. Bu səbəbdən valideynlər sindromla bağlı maariflənməli və onun ilkin əlamətlərini bilməlidirlər.

Onlar xəstə deyil, fərqlidirlər –  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO