“Onomastika məsələləri” – Dilçilik İnstitutunun yeni nəşri
Bakı, 15 dekabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin “Onomastika məsələləri” adlı kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan dilində işlədilən şəxs adları, ləqəblər, təxəllüslər, toponimlər, hidronimlər, kosmonimlər, mifonimlər təhlil olunub, onomastik vahidlərin üslubi xüsusiyyətləri müəyyən edilib. Nəşrdə, həmçinin Azərbaycan yazıçılarının əsərləri üzrə tarixi onomastika məsələlərindən danışılır, toponimlərin orfoepiya və orfoqrafiyası izah olunur.
Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova, rəyçiləri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]