Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onun adı və sənəti milli musiqi mədəniyyətimizin tarixində əbədi yaşayacaqdır

Bakı, 18 avqust (AZƏRTAC). Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün mənalı ömrünün mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edən maestro yorulmadan, usanmadan, böyük zövq və şövqlə fəaliyyət göstərmişdir. Yaşadığı zaman içrə dünyanın hər hansı bir məmləkətində canlı olaraq Azərbaycan musiqisi səslənirdisə, Niyazi orada olmağı özünə mənəvi borc bilirdi. Azərbaycan musiqisini dünyanın ən böyük salonlarında minlərə, milyonlara elə böyük ustalıqla çatdırırdı ki, dinləyənlər bir də dinləmək istəyirdilər. O, əsl sənətkar, əsl dirijor idi. Əlindəki dirijor çubuğu ilə sanki musiqinin xəritəsini cızırdı. Onu “hava lövhəsində” elə izah edirdi ki, ən psixoloji, gərgin və mürəkkəb əsərləri belə dinləyici asanlıqla qavrayıb, başa düşürdü. O, bəlkə də yeganə insan idi ki, musiqinin ritmi ilə enməyi və qalxmağı bacarırdı. Hansı məqamın insan əhvalına, ovqatına necə təsir etmə imkanlarını müəyyənləşdirirdi. Bütün bunlar bir daha Niyazinin əlçatmaz fitri istedad sahibi olmasından xəbər verirdi. Bu bənzərsiz istedadın nəticəsi idi ki, onu sevir, dinləyir və alqışlayırdılar.

Maestro böyük dirijor olmaqla bərabər, həm də bənzərsiz bəstəkar idi. Əgər belə olmasaydı, “Çitra” baletinə görə Niyazini Hindistanda beynəlxalq Nehru mükafatına layiq görməzdilər. Onun sevgi dolu bəstələri bu gün də dünyanı dolaşmaqdadır.

Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun 100 yaşı tamam olur. İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünməkdədir.

Niyazi musiqiçi ailəsində dünyaya göz açmışdı. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyli isə dahi bəstəkar idi. Onun Azərbaycan xalq, həmçinin Qərbin opera və simfonik musiqisi ilə ilk tanışlığı məhz Üzeyir bəyin təşəbbüsü ilə baş tutmuşdur.

Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Ü.Hacıbəylinin “Koroğlu” və M.Maqomayevin “Nərgiz” operalarına dirijorluq etmişdir. Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş etmişdir.

Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Milli ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində Niyazinin xidmətləri böyükdür. milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası onun dirijorluğu altında dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Azərbaycanın əksər bəstəkarlarının partituraları onun əlindən keçmiş, məhz maestronun dirijorluğundan sonra onlar öz uğurlarını və qüsurlarını başa düşmüşlər.

Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği ilə yanaşı, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq etmişdir. Niyazi dirijorluğu ilə əsərlərə xüsusi ahəng vermiş, ifa olunun əsərin ruhunu dinləyiciyə böyük məharətlə aşılamışdır. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət onun sənətinin sehrindən ayrıla bilməmişlər.

Niyazinin ifaçılıq fəaliyyəti əsasən Azərbaycan Dövlət Akademik Opera və Balet, Leninqrad Opera və Balet teatrları və Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olmuşdur. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçmiş, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında uğurlar qazanmışdır. Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etdiyi illərdə “Humayun” xalq çalğı alətləri ansamblı məhz Niyazinin təşəbbüsü ilə yaradılmışdı.

Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru olmuş Niyazi ölkə daxilində də musiqini təbliğ etmiş, 1970-ci illərin sonu və 80-cı illərin əvvəlində Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda keçirilən simfonik konsertlərin və festivalların təşkilatçısı olmuşdur. O demişdir: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”. Maestronun bu fikirləri bütün zamanlarda aktualdır.

Təbii ki, Niyazinin yaradıcılığında ona ümumdünya şöhrəti gətirən dirijorluq sənəti olmuşdur. Lakin o, bir bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazmış, Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləmiş, “Rast” və “Şur” muğamlarını nota salmışdır.

Niyazinin üç əsəri - “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi önəm daşıyır. Güclü emosional təsiri, zəngin melodiyası, harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənən “Rast” simfonik muğamı müəllifin dirijorluğu altında bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Məşhur hind yazıçısı R.Taqorun “Çitranqoda” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletində isə hind xalq musiqisi ritmlərindən, hind musiqi alətlərinin səslərini xatırladan tembrlərdən istifadə edilmişdir.

Niyazi sənəti tanınmış sənətkarlar D.Şostakoviç. B.Tarcan, V.Dobiaş və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı D.Şostakoviç demişdir: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, onun belə bir dirijoru var”. Həqiqətən də həmkarlarının qibtə edə biləcəyi əllər, musiqi duyumu, zövqü məhz maestro Niyaziyə məxsus olmuş və bununla da fəxr etməyə dəyər. Maestronun lent yazılarına baxarkən bir anlığa musiqinin səsi kəsilsə belə, onun əl hərəkətlərində həmin musiqinin ahəngini, ritmini duymaq mümkündür.

Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir qəlbə malik insan olmuşdur. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürmüş, onların ailə həyatı bir sevgi dastanına çevrilmişdir.

Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilmişdir. Maestro ən yüksək mükafatlara layiq görülmüşdür. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunmuş, Tbilisinin fəxri vətəndaşı seçilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970-ci illərin əvvəllərindən başlayaraq hər ayın cümə günləri maestro Niyazi Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil etmişdir. 1994-cü ildə maestronun mənzil-muzeyinin açılışında ulu öndərimiz şəxsən iştirak etmişdir. Ümummilli lider Heydər Əliyev 2002-ci il avqustun 19-da “Niyazinin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli Sərəncamı isə maestronun böyük sənətkarlığına olan ehtiramın ifadəsidir.

Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla yanaşı çəkilir. Onun yaradıcılığı əsil örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun, ustad!”

 

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib