Opera müğənnisi Kunqurovun meyiti Moskvanın mərkəzində tapılıb
Bakı, 9 aprel, AZƏRTAC
Opera müğənnisi Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzində evlərdən birinin yaxınlığında tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
“Bazar ertəsi axşam Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzindəki Zoologiçeskaya küçəsindəki yaşayış binasının pəncərələri altında aşkar edilib”, - deyə agentlikdən bildirilib.
Təcili yardım xidmətlərindən başqa bir mənbə agentliyə bildirib ki, sənətçi ölümündən bir müddət əvvəl həyat yoldaşına onu hamamda ölü tapacağı barədə xəbər göndərib. Müğənninin həyat yoldaşı paytaxtda olmadığı üçün mənzilə xilasedicilər və psixoloq çağırıb.
Qeyd edək ki, 40 yaşlı Kunqurov Rusiyanın, eləcə də Çeçenistan Respublikasının və İnquşetiyanın Əməkdar artistidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]